Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı
panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Elektrik
avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar
barədə rəhbərliyə məlumat vermək;
Elektrik avadanlıqları üzrə profilaktik
və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək;
Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini
mütəmadi izləmək;
BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və
yaranan həyəcan siqnallarını (alarm) izləmək;
Qəza və nasazlıqların
araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq
üçün müvafiq tədbirlər görmək;
Texniki xidmət, sınaq və təmir işləri
zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət
etmək;
Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və
hesabatları aparmaq;
Podratçı şirkətlər tərəfindən həyata keçirilən
elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;
Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini
aktual vəziyyətdə saxlamaq;
Enerji istehlakı göstəricilərinin toplanması
və təhlili prosesində iştirak etmək;
Data mərkəzin 24/7 əməliyyat
fəaliyyətini növbəli iş rejimində həyata keçirmək;
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki
ixtisaslar üzrə);
Elektrik avadanlıqlarının istismarı və texniki xidməti
sahəsində minimum 1 il iş təcrübəsi;
Transformator, UPS, generator və
elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər;
Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Dil
bilikləri: İngilis dili – texniki səviyyədə (arzuolunandır);
Operativ
qərarvermə və problem həll etmə bacarığı;
Komandada işləmək, effektiv
kommunikasiya və məsuliyyətlilik bacarığı.
Qəza və fövqəladə hallarda
operativ reaksiya vermək və stres altında işləmək bacarığı;
Diqqətlilik,
məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı.
Maraqlanan namizədlərMüraciət
etdüyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
