Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Təyin olunmuş mətbəx bölməsinə (isti mətbəx, soyuq mətbəx, qənnadı, sous bölməsi və
s.) rəhbərlik etmək.
Menyu və resept standartlarına uyğun olaraq yüksək
keyfiyyətli yeməklərin hazırlanmasını təmin etmək.
Yeməklərin
hazırlanması prosesində dad, görünüş və təqdimat standartlarına nəzarət etmək.
Gündəlik hazırlıq işlərini (mise en place) planlaşdırmaq və həyata
keçirmək.
Mətbəx işçiləri arasında iş bölgüsü aparmaq və komandanın
fəaliyyətinə nəzarət etmək.
Xammalın düzgün saxlanmasına, istifadəsinə və
itkilərin minimuma endirilməsinə nəzarət etmək.
Qida təhlükəsizliyi,
gigiyena və sanitariya qaydalarına riayət etmək.
HACCP və otelin daxili
qida təhlükəsizliyi prosedurlarına uyğun işləmək.
Məhsulların
keyfiyyətini, temperatur rejimini və son istifadə tarixlərini yoxlamaq.
Sifarişlərin vaxtında və standartlara uyğun hazırlanmasını təmin etmək.
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək.
İş yerinin təmizliyini və səliqəsini təmin etmək.
Baş Aşpazın (Executive Chef / Sous Chef) göstərişlərini yerinə yetirmək.
Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına kömək etmək və təlimlərdə iştirak
etmək.
Qonaq məmnuniyyətini artırmaq üçün otelin xidmət standartlarına
uyğun fəaliyyət göstərmək.
Gündəlik inventar, məhsul ehtiyacı və
çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Tələblər
Otel və ya restoran mətbəxində Chef de Partie təcrübəsi.
Peşəkar mətbəx texnikaları və qida hazırlanması üzrə biliklər.
Komanda ilə işləmək bacarığı.
Vaxtın düzgün idarə
edilməsi və stress altında işləmə qabiliyyəti.
Gigiyena və qida
təhlükəsizliyi standartları haqqında bilik.
Yaradıcı yanaşma və detallara
diqqət.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
