Vakansiya haqqında
Adore mağazalar şəbəkəsi komandasına satıcı-məsləhətçiləri dəvət edir!
Ətirlər və kosmetika dünyasını sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa və
əməyinizin nəticəsini qazancınızda görmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Təkliflərimiz:
5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 /
13:00-22:00);
Güclü bonus sistemi: sabit maaş + fərdi satışdan faiz.
Bonusun yuxarı həddi yoxdur: qazancınız yalnız sizin nəticənizdən asılıdır;
Əməkdaşlar üçün məhsullara endirim;
Rəsmi əmək
müqaviləsi və sosial sığorta;
Məhsul biliyi və satış texnikası üzrə
müntəzəm təlimlər, brend treninqləri;
Karyera yüksəlişi
imkanı.
Vəzifə öhdəlikləri:
Müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun ətir və
kosmetik məhsulların seçilməsində kömək göstərmək;
Məhsulların tərkibi,
xüsusiyyətləri və istifadə qaydası barədə peşəkar məsləhət vermək;
Yüksək
xidmət standartlarını təmin etmək;
Rəflərdə məhsulların mövcudluğuna və
düzülüşünə nəzarət etmək, sifarişlərin hazırlanmasında mağaza rəhbərinə kömək etmək;
Aksiya və kampaniyaların keçirilməsində, satışı stimullaşdıran tədbirlərdə fəal iştirak
etmək.
Namizədə tələblər:
Satış sahəsində ən azı 1 il iş təcrübəsi (kosmetika və parfümeriya satışında təcrübə
üstünlükdür);
Azərbaycan dilini əla, rus dilini danışıq səviyyəsində
bilmək; ingilis dili bilikləri üstünlükdür;
Kosmetika, parfümeriya və
dəriyə qulluq trendlərinə maraq;
Makiyaj bacarıqları (vizajist
sertifikatı üstünlükdür);
Ünsiyyətcillik, aktivlik, məsuliyyət və
dəqiqlik;
Komandada işləmə bacarığı;
Aydın nitq, səliqəli görünüş və korporativ standartlara riayət.
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində
Satıcı-məsləhətçi qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
