Vakansiya haqqında
Adore mağazalar şəbəkəsi komandasına məsuliyyətli və dəqiq xəzinədarları dəvət
edir!
Nə təklif edirik:
5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 /
13:00-22:00);
Yaxşı bonus sistemi: sabit maaş +
bonus;
Əməkdaşlar üçün məhsullara endirim;
Rəsmi əmək müqaviləsi və sosial sığorta;
Təlimlər
və karyera yüksəlişi imkanı.
Vəzifə öhdəlikləri:
Müştərilərdən nağd və nağdsız ödənişləri qəbul etmək, kassa aparatı ilə
əməliyyatları düzgün aparmaq;
Qəbul edilən vəsaitləri yoxlamaq, kassa
intizamı qaydalarına riayət etmək;
Nağd pul vəsaitlərinin təhlükəsiz
saxlanmasını və müvafiq əməkdaşlara təhvil verilməsini təmin etmək;
Növbənin açılması və bağlanması, gündəlik və həftəlik hesabatların
hazırlanması.
Namizədə tələblər:
Xəzinədar kimi ən azı 1 il iş təcrübəsi arzuolunandır;
1C proqramında işləmək bacarığı;
Kassa aparatı və
posterminallarla işləmə bacarığı;
Azərbaycan dilini əla, rus dilini
danışıq səviyyəsində bilmək; ingilis dili bilikləri üstünlükdür;
Dəqiqlik, məsuliyyət, dürüstlük və komandada işləmə bacarığı.
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində «Xəzinədar»
qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
