Vakansiya haqqında
Təsvir
BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyənləşdirilməsi,
qiymətləndirilməsi, monitorinqi və idarə olunmasına nəzarət etmək;
BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün
lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər vermək;
BOKT-nin
əməliyyat və digər fəaliyyət istiqamətləri üzrə daxili qaydaların adekvatlığını qiymətləndirmək, risk yarada biləcək
müddəaları müəyyənləşdirmək və təkmilləşdirilməsini təmin etmək;
Daxili
normativ sənədlərin mövcud qanunvericiliyin və tənzimləyici orqanın tələblərinə uyğunluğunun monitorinqini həyata
keçirmək;
Müxtəlif ssenarilər üzrə BOKT-nin risklərə dayanıqlığını
qiymətləndirmək məqsədilə risk modellərinin hazırlanmasını və stress-testlərin keçirilməsini təşkil
etmək;
BOKT-nin məhsul, xidmət və biznes proseslərinin risk yönümlü
təhlilini həyata keçirmək;
Risk limitləri, səlahiyyət hədləri və əsas
risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər
hazırlamaq;
Risklərin qiymətləndirilməsi və təhlilinin nəticələri üzrə
mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Risklərin
idarə edilməsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyini təmin etmək və təşkilatda risk mədəniyyətinin
(Risk Culture) formalaşdırılmasına rəhbərlik etmək;
Risklərin idarə
edilməsi şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü aparmaq və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin
etmək.
Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifə və funksiyaları
həyata keçirmək.
Tələblər
Bank və ya BOKT sektorunda Risklərin idarə edilməsi sahəsində minimum 5 il (ən azı
1-2 il rəhbər və ya aparıcı/baş mütəxəssis vəzifəsində) iş təcrübəsi;
Risklərin qiymətləndirilməsi, təhlili və hesabatların hazırlanması üzrə praktiki
biliklər;
Analitik düşünmə və problem həll etmə
bacarığı;
Güclü təqdimat və kommunikasiya bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
