Vakansiya haqqında
166 Yükdaşıma və Logistika şirkəti “Data
Analitik” vakansiyası elan edir.
Tələblər:
Təhsil: Ali;
Təcrübə: Data analitikası
sahəsində ən azı 1 il iş təcrübəsi
Power BI: Əla səviyyədə biliklər
(Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı);
SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat
bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı;
Python: Data
analizi və avtomatlaşdırma üçün Python bilikləri;
Analitik düşüncə: Böyük
həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək
qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.)
daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və
emalı;
Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə
uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin
optimallaşdırılması;
Rutin hesabatlıq və məlumatların transformasiyası
(ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması;
MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və
analizi;
Excel və Google Sheets üzərində operativ analizlərin,
maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması;
Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün
məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00;
Əmək haqqı:
Müsahibə əsasında təyin olunacaq.
Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat
Plaza.
Uyğun namizədlərdən CV-lərini “Data Analitik”başlığı altındaMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməkləri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
