Vakansiya haqqında
Vakansiya haqqında:
Carlsberg Azerbaijan komandasına qoşulmaq üçün məhsulların düzgün
qəbulu, yerləşdirilməsi və göndərilməsini təmin etmək üçün komandamıza məsuliyyətli və diqqətli əməkdaş
axtarırıq.
İş şərtləri:
İş yeri:Xırdalan, Carlsberg Azerbaijan zavodu
Şöbə:Anbar və daxili logistika
İş qrafiki:Növbəli
Əsas vəzifə öhdəlikləri:
Daxil olan və göndərilən məhsulların miqdarını və çeşidini qaimə və digər
müşayiətedici sənədlərlə tutuşdurmaq.
Məhsulları saymaq, qablaşdırmanın
bütövlüyünü yoxlamaq, zədə, qüsur və çatışmazlıqları qeydə alaraq aidiyyəti üzrə məlumat
vermək.
Yüklərin əl ilə və müvafiq anbar avadanlıqlarından istifadə
etməklə yüklənməsini, boşaldılmasını və anbar daxilində daşınmasını həyata keçirmək.
Məhsulları növünə və saxlama şərtlərinə uyğun çeşidləmək, rəflərdə və paletlərdə təhlükəsiz
yerləşdirmək.
Sifarişləri sənədlərdə göstərilən miqdar və çeşidə uyğun
komplektləşdirmək, məhsulların keyfiyyət və yararlılıq müddəti tələblərinə riayət etmək.
Paletləmə, etiketləmə, barkodların yapışdırılması və təkrar qablaşdırma işlərini yerinə
yetirmək.
Yüklərin daşınma zamanı zədələnməməsi üçün nəqliyyat
vasitələrində təhlükəsiz yerləşdirilməsini təmin etmək.
Anbar
sayımlarında iştirak etmək, məhsulların və avadanlıqların qorunmasını təmin etmək.
İş yerini təmiz və səliqəli saxlamaq, tullantıları çeşidləmək, 5S, əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi qaydalarına riayət etmək
Namizədlərə dair tələblər:
Orta və ya orta ixtisas təhsili;
Anbar və
ya yükləmə-boşaltma işləri üzrə ən azı 1 il təcrübə;
Malların qəbulu, yerləşdirilməsi və göndərilməsi prosesləri haqqında
biliklər;
Rus dili biliyi üstünlükdür;
Fiziki iş və növbəli iş rejimində işləməyə hazır olmaq;
Diqqətlilik, məsuliyyət və intizam;
Anbar idarəetmə
sistemi, WMS ilə işləmək bacarığı üstünlükdür;
Növbəli iş qrafikində
işləməyə hazırlıq.
Əlavə şərtlər:
Nahar təminatı
4 istiqamət üzrə transfer
(səhər və axşam)
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli
vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət
olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
