Vakansiya haqqında
Klinika-butik qrupdaxili sağlamlıq və tibb müəssisələrində keyfiyyət idarəetmə
sistemlərinin qurulması, inkişaf etdirilməsi və davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək
“Keyfiyyətə Nəzarət və İdarəetmə üzrə menecer” vəzifəsi üzrə namizəd axtarışındayıq.
Əsas vəzifə öhdəlikləri
Qrupdaxili tibb və sağlamlıq müəssisələrində keyfiyyət idarəetmə sisteminin
qurulmasını, tətbiqini və davamlı inkişafını təşkil etmək;
Beynəlxalq və
yerli standartlara, normativ-hüquqi tələblərə və klinik protokollara uyğun keyfiyyət siyasətləri, prosedurlar,
təlimatlar və digər sənədlərin hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
ISO 9001, ISO 7101, ISO 15189, ISO 13485 və digər aidiyyəti keyfiyyət standartlarının
tətbiqinə və tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
Tibbi
və inzibati proseslərin keyfiyyət göstəricilərini müəyyənləşdirmək, KPI-ları formalaşdırmaq, monitorinq etmək və
aylıq/rüblük hesabatlar hazırlamaq;
İllik keyfiyyət fəaliyyət planlarının
hazırlanmasını və icrasını təşkil etmək;
Daxili audit planlarını
hazırlamaq, auditlərin keçirilməsini koordinasiya etmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim
etmək;
Uyğunsuzluqları, klinik səhvləri, hadisələri və proseslərdə
yaranan riskləri müəyyənləşdirmək, Kök Səbəb Analizi (RCA) aparmaq və Düzəldici və Qarşısının Alınması Tədbirləri
(CAPA) üzrə tədbirlərin icrasını izləmək;
Pasiyent təhlükəsizliyi,
infeksion nəzarət, dərman təhlükəsizliyi və digər klinik risklərin idarə olunması proseslərinə nəzarət
etmək;
Tibbi prosedurların, müalicə protokollarının və klinik proseslərin
müəyyən edilmiş keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
Laboratoriya proseslərinin, tibbi cihazların və digər müvafiq tibbi xidmətlərin keyfiyyət
tələblərinə uyğunluğunun monitorinqində iştirak etmək;
Pasiyent və qonaq
məmnuniyyəti sorğularını, rəyləri və şikayətləri təhlil etmək, xidmət keyfiyyətinin artırılması üzrə təkliflər
hazırlamaq;
Struktur bölmələrə keyfiyyət standartları və prosedurlar üzrə
metodiki dəstək göstərmək və əməkdaşlar üçün müvafiq təlimlərin təşkilini təmin etmək;
Akkreditasiya və sertifikasiya proseslərinə hazırlıq işlərini, tələb olunan sənədləşmə və
koordinasiya proseslərini təşkil etmək;
Xarici audit və yoxlamalar zamanı
aidiyyəti bölmələrlə koordinasiyanı həyata keçirmək və zəruri sənədlərin hazırlanmasını təmin
etmək;
Yeni xidmətlərin tətbiqi və mövcud xidmətlərdə dəyişikliklərin
keyfiyyət və pasiyent təhlükəsizliyinə təsirini qiymətləndirmək;
Elektron
keyfiyyət və tibbi informasiya sistemlərində sənədləşmənin düzgün aparılmasına nəzarət etmək;
Keyfiyyət üzrə audit nəticələri, şikayətlər, hadisə hesabatları, infeksiya göstəriciləri və
digər keyfiyyət məlumatlarının sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək;
Səhiyyə sahəsində qüvvədə olan qanunvericilik, Səhiyyə Nazirliyinin tələbləri, normativ
sənədlər və klinik standartlardakı dəyişiklikləri izləmək və proseslərə tətbiqini təmin etmək.
Vəzifəyə dair tələblər
Tibb, İctimai səhiyyə, Biologiya, Menecment və ya əlaqəli sahə üzrə ali
təhsil;
Tibb və ya səhiyyə müəssisələrinin idarəetməsi və keyfiyyət
sahəsində minimum 5 il iş təcrübəsi;
Keyfiyyət idarəetmə sistemləri və
səhiyyə standartları üzrə praktiki bilik və təcrübə;
ISO 9001, ISO 7101,
ISO 15189, ISO 13485 standartları üzrə biliklər; müvafiq sertifikatların olması üstünlükdür;
Akkreditasiya, sertifikasiya və daxili audit prosesləri üzrə təcrübə;
Keyfiyyət sənədlərinin — siyasət, prosedur, təlimat və digər sənədlərin hazırlanması, tətbiqi
və yenilənməsi üzrə təcrübə;
Klinik və inzibati risklərin
qiymətləndirilməsi, hadisələrin araşdırılması, RCA və CAPA metodologiyaları üzrə bilik;
Pasiyent təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi və klinik proseslərin
keyfiyyətinə dair biliklər;
MS Office proqramlarından yüksək səviyyədə
istifadə bacarığı; elektron tibbi informasiya sistemləri və QMS ilə işləmə təcrübəsi
üstünlükdür;
Azərbaycan dili – sərbəst; rus və ya ingilis dili – yaxşı
səviyyədə; hər üç dil üzrə bilik üstünlükdür.
Şəxsi keyfiyyətlər və
bacarıqlar
Güclü analitik və sistemli düşünmə;
Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
Detallara diqqət və yüksək məsuliyyətlilik;
Effektiv ünsiyyət və komandalararası koordinasiya bacarığı;
Problemlərin müəyyənləşdirilməsi və effektiv həlli bacarığı;
Dəyişikliklərə və yeni normativ tələblərə çevik uyğunlaşma;
Hesabatlılıq və nəticəyönümlülük.
İş şəraiti
Əmək haqqı: 2500 Azn
İş günləri 6 günlük
(6-cı gün qısaldılmış)
Peşəkar komandanın bir hissəsi olmaq və səhiyyə xidmətlərinin keyfiyyətinin inkişafına
töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “Keyfiyyətə Nəzarət və İdarəetmə üzrə menecer” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
