Vakansiya haqqında
İş yeri: Bakı
İş rejimi: Tam iş günü
Mebel materialları istiqamətində biznesimizin inkişafını sürətləndirmək üçün komandamıza
Biznesin İnkişafı üzrə Menecer axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Mebel materialları üzrə yeni biznes imkanlarını müəyyənləşdirmək və satışların
inkişafını təmin etmək;
Potensial B2B müştəriləri araşdırmaq, yeni
müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı genişləndirmək;
Müştərilərlə görüşlər və kommersiya danışıqları aparmaq, qarşılıqlı faydalı əməkdaşlıq
münasibətləri qurmaq;
Mebel materialları bazarını, rəqibləri, qiymət
tendensiyalarını və müştəri tələbatını izləmək;
Satış nəticələrini,
müştəri portfelini və məhsul qruplarının performansını təhlil etmək, inkişaf imkanlarını
müəyyənləşdirmək;
Məhsul çeşidinin və kommersiya təkliflərinin inkişafı
üzrə əsaslandırılmış təkliflər hazırlamaq;
Satışların artırılması üçün
fəaliyyət planları hazırlamaq və müvafiq şöbələrlə koordinasiyalı şəkildə həyata keçirmək;
Görülən işlər və əldə edilən nəticələr üzrə mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqədar sahələr
üzrə üstünlük);
B2B satış və ya biznesin inkişafı sahəsində minimum 3 il
iş təcrübəsi;
Distribusiya, mebel materialları və ya tikinti materialları
sektorunda təcrübə üstünlükdür;
Güclü kommunikasiya, təqdimat və
kommersiya danışıqları aparmaq bacarığı;
Analitik düşünmə, satış
məlumatlarını təhlil etmək və nəticələr əsasında praktik qərarlar təklif etmək bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə işləmək, satış hesabatları və analitik cədvəllər
hazırlamaq bacarığı;
CRM sistemləri ilə işləmək
təcrübəsi;
Planlaşdırma, təşkilatçılıq və müstəqil işləmək
bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ingilis dili biliyi
üstünlükdür.
Bizim üçün vacib olan
Bu vəzifədə uğurlu namizəd yalnız yeni müştərilər tapmaq və danışıqlar aparmaqla
kifayətlənməməli, bazar imkanlarını düzgün qiymətləndirməyi, satış göstəricilərini təhlil etməyi və əldə etdiyi
məlumatları konkret kommersiya nəticələrinə çevirməyi bacarmalıdır.
Biz
təşəbbüskar, nəticəyönümlü, sistemli düşünən və biznesin inkişafına real töhfə verə biləcək komanda üzvü
axtarırıq.
Biz nə təklif edirik?
Uzunmüddətli fəaliyyət təcrübəsi və güclü bazar mövqeyi olan şirkətdə çalışma
imkanı;
Geniş məhsul portfeli və mövcud müştəri bazası ilə
işləmək;
Yeni biznes istiqamətlərinin inkişafında fəal
iştirak;
Peşəkar inkişaf və karyera perspektivləri;
Namizədin təcrübə və kompetensiyalarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyönümlü
motivasiya sistemi.
Maraqlanan namizədlər CV-lərini “Business Development Manager – Furniture
Materials” mövzusu ilə Arsenal Group-un HR komandasınaMüraciət
etdüyməsində qeyd olunan elektron poçt vasitəsi ilə göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
