Vakansiya haqqında
Təsvir
Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların
toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək;
Məlumatlar
üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və
qanunauyğunluqları müəyyən etmək;
Proqnozlaşdırıcı və təsnifat modelləri
daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq;
Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni
xüsusiyyətlər (Features) yaratmaq;
Müxtəlif modelləri və alqoritmləri
qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında
ölçmək;
Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və
tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək;
Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları
müəyyənləşdirmək;
Data Science həllərinin Production mühitinə
inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq
etmək;
Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq
etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin
yenilənməsində iştirak etmək;
Data Science layihələrinin nəticələrini,
istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək;
Yeni
analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına
uyğun tətbiqində iştirak etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili;
Data
Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş
təcrübəsi;
Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların
emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
SQL üzrə
biliklər;
Machine Learning alqoritmləri və onların tətbiqi üzrə
biliklər;
Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə
biliklər;
EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik
və təcrübə;
Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması,
qiymətləndirilməsi və optimallaşdırılması bacarığı;
MS Office proqramları
ilə işləmək bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis
dilini isə ən azı orta səviyyədə (B1) bilmək;
Analitik düşünmə və problem
həll etmə bacarığı;
Qərarvermə, ünsiyyət və təqdimat
bacarıqları;
Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə
uyğunlaşmaq bacarığı.
İş yeri:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.
İş şəraiti:
5 günlük
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
