Vakansiya haqqında
Təsvir
Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun maliyyə
hesabatlarını hazırlamaq və təhlil etmək;
Maliyyə hesabatlarının
düzgünlüyünü, tamlığını və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
Mühasibat uçotu məlumatlarını, hesab qalıqlarını və maliyyə əməliyyatlarını təhlil
etmək;
Maliyyə hesabatlarında səhvləri, uyğunsuzluqları və potensial
riskləri müəyyən etmək;
Mühasibat uçotu və maliyyə hesabatlığı üzrə
daxili nəzarət prosedurlarının effektivliyini qiymətləndirmək;
Aşkar
edilmiş nöqsanların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün əsaslandırılmış düzəlişlər təklif
etmək;
Maliyyə məlumatlarının və hesabların üzləşdirilməsini həyata
keçirmək, uyğunsuzluqları araşdırmaq;
Maliyyə proseslərində nəzarət
boşluqlarını müəyyən etmək və onların təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlamaq;
Maliyyə hesabatları üzrə yoxlama və analitik prosedurları həyata
keçirmək;
Xarici audit prosesində iştirak etmək, tələb olunan
məlumatların və sənədlərin hazırlanmasını təmin etmək;
Audit nəticəsində
aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasını izləmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, audit və ya əlaqəli sahə üzrə ali
təhsil;
Maliyyə hesabatlığı, IFRS və ya audit sahəsində minimum 3 il
müvafiq iş təcrübəsi;
Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS)
üzrə praktiki bilik;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə
praktiki təcrübə;
Mühasibat uçotu prinsipləri və daxili maliyyə nəzarəti
prosedurları üzrə bilik;
Maliyyə məlumatlarında səhvləri, uyğunsuzluqları
və riskləri müəyyən etmək bacarığı;
Aşkar edilmiş problemlərin aradan
qaldırılması üçün əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
MS
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Audit şirkətində və
ya maliyyə hesabatlığı sahəsində iş təcrübəsi üstünlükdür;
ACCA (FR, AA,
SBR), DipIFR və ya digər müvafiq peşəkar kvalifikasiyalar üstünlükdür;
Analitik düşüncə, detallara diqqət və müstəqil işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
