Vakansiya haqqında
Fərdi sahibkar olan müştərilərə biznes fəaliyyətlərinin onlayn yoxlanılması prosesindən
keçməkdə və kredit rəsmiləşdirməkdə kömək edəcək fəal, ünsiyyətcil və müştəriyönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Fərdi sahibkarların biznes fəaliyyətinin məsafədən, onlayn qaydada yoxlanılması
prosesini həyata keçirmək;
Müştərini video-yoxlama mərhələsindən
başlayaraq yoxlamanın uğurla tamamlanmasının təsdiqinə qədər müşayiət etmək;
Müştərinin yoxlamanın bütün mərhələlərindən keçməsinə kömək etmək və anlaşılmayan məqamları
izah etmək;
Kreditin rəsmiləşdirilməsi ilə bağlı müştərilərə məsləhət
vermək;
Müştəriləri kredit məhsulları və rəsmiləşdirmə şərtləri barədə
məlumatlandırmaq;
Proses zamanı müştərilərdə yaranan etiraz və
tərəddüdləri aradan qaldırmaq;
Satış planını yerinə yetirmək və yüksək
xidmət səviyyəsini təmin etmək.
Namizədə dair tələblər
İnsanlarla ünsiyyət qurmaq və fərdi yanaşma nümayiş etdirmək
bacarığı;
Nəticəyönümlü olmaq və satış planını yerinə yetirməyə hazır
olmaq;
Aktiv satış bacarıqlarına malik olmaq;
Sürətli öyrənmə və kompüterdən sərbəst istifadə bacarığı;
Maliyyə xidmətlərinin satışı və ya kreditləşmə sahəsində iş təcrübəsinə malik
olmaq.
Biz nə təklif edirik?
Məhsullar üzrə təlim və işə başlama mərhələsində dəstək;
Şəffaf əməkhaqqı sistemi: sabit əməkhaqqı və nəticələrə əsaslanan
bonuslar;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanı;
Mehriban komanda və rahat iş şəraiti;
İş qrafiki: növbəli;
İnsanlara kömək etməkdən və konkret nəticələr əldə etməkdən zövq alırsınızsa,
müraciətinizi gözləyirik!
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
