Vakansiya haqqında
Təsvir
Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi:
Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə
baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi
Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə
uyğunluğunun yoxlanılması
Risk əsaslı monitorinq planlarının
hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim
olunması
Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən
edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi
Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə
nəzarət
Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya
məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi
Layihə sənədlərinin nəzərdən keçirilməsi:
Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından
deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından
kompleks təhlil edilməsi.
Layihə dəyişikliklərinin qrafik və büdcə
təsirlərinin qiymətləndirilməsi
Uzunmüddətli sifariş tələb edən material
və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin
qiymətləndirilməsi.
Dəyər Mühəndisliyi (Value Engineering) və
optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin
verilməsi.
Tikinti prosesinə nəzarət:
Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının
strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin
tətbiqi.
Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn,
beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks)
təşkil edilməsi.
Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına
qədər izlənilməsi
Müqavilə və maliyyə sənədlərinin texniki baxışı
BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması
Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi
Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin
formalaşdırılmasına dəstək
Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi
Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun
qiymətləndirilməsi
Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin
hazırlanması və bağlanmasına qədər izlənilməsi
Aşağı performans
hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi
Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya
Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki
məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi.
İstismara qəbul
prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti
Tənzimləyici risklərin
qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi
Hesabatlılıq və idarəçilik dəstəyi
Həftəlik və aylıq texniki hesabatların hazırlanması
Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd
arxivləşməsinin yoxlanılması.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklər (AzDTN, Şəhərsalma və
Tikinti Məcəlləsi) və beynəlxalq tikinti standartlarını araşdırma bacarığı.
Layihə, Müqavilə və BOQ sənədlərinin birgə texniki təhlili bacarığı.
AutoCAD, MS Office bilikləri (qabaqcıl Excel biliyi).
Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü
bilik.
Müqavilə və texniki sənədlərlə işləmə
bacarığı.
Güclü ünsiyyət, analitik və hesabat hazırlama
bacarığı.
Texniki analiz və risk qiymətləndirmə
bacarığı.
Təhsil və iş təcrübəsi:
Mühəndislik və ya Tikinti İdarəetmə sahəsində Ali təhsil (İnşaat mühəndisliyi və s.)
olmalı.
Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il
ümumi peşəkar təcrübə olmalı.
Böyük miqyaslı və yüksək büdcəli
layihələrdə icra idarəçiliyi təcrübəsi olmalı.
Bir çox layihə
funksiyalarında (planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender, müqavilələr) təcrübəyə üstünlük
verilir.
Sifarişçi/İnvestor tərəfində iş təcrübəsinə üstünlük
verilir.
Çox layihəli komandalarda iş təcrübəsinə üstünlük
verilir.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
