Vakansiya haqqında
Şirkətimiz IT infrastrukturu, şəbəkə avadanlıqları və zəif axın (ELV) sistemləri üzrə
məhsul və layihə həllərinin təchizatı və inteqrasiyası ilə məşğuldur. Hazırda komandamıza korporativ müştərilərlə
işləyəcək və yeni satış imkanları yaradacaq Korporativ Satış Meneceri axtarırıq. Bu vəzifədə əsas məqsəd yalnız
mövcud sorğulara cavab vermək deyil, aktiv şəkildə yeni müştəri, yeni layihə və yeni satış imkanları
yaratmaqdır.
IT / ELV / Şəbəkə və Təhlükəsizlik Sistemləri
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü,
5/2
Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı bonus
Əsas vəzifələr
Yeni korporativ müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin
qurulması;
Tikinti şirkətləri, podratçılar, sistem inteqratorları,
otellər, biznes mərkəzləri, dövlət və özəl müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi;
Yeni IT/ELV layihələrinin erkən mərhələdə aşkarlanması;
Mövcud müştərilərdən əlavə satış imkanlarının yaradılması;
Müştərinin texniki və kommersiya ehtiyaclarının müəyyənləşdirilməsi;
Uyğun məhsul və həllərin hazırlanması üçün texniki komanda ilə
koordinasiya;
Kommersiya təkliflərinin hazırlanması və təqdim
edilməsi;
Tender, kotirovka və satınalma proseslərində
iştirak;
Vendor və distributorlarla qiymət, stok və çatdırılma
şərtlərinin razılaşdırılması;
Müştərilərlə görüşlərin və təqdimatların
keçirilməsi;
Satış prosesinin ilkin əlaqədən sifariş və müqaviləyə qədər
idarə olunması;
CRM sistemində müştərilərin və satış imkanlarının
qeydiyyatı;
Rəqiblərin və bazarın monitorinqi;
Aylıq satış və pipeline hesabatlarının hazırlanması.
Namizədə əsas tələblər
Minimum 2 il B2B / Korporativ satış təcrübəsi;
IT, ELV, təhlükəsizlik sistemləri və ya texniki məhsulların satışında təcrübə
üstünlükdür;
Korporativ müştərilərlə işləmə
bacarığı;
Aktiv müştəri axtarışı və cold calling
bacarığı;
Yeni müştərini real sifarişə çevirmək
bacarığı;
Güclü danışıqlar aparmaq bacarığı;
Kommersiya təklifi hazırlamaq bacarığı;
Tender və
satınalma prosesləri haqqında anlayış;
IT/ELV məhsulları haqqında ümumi
texniki bilik;
MS Office və CRM proqramları ilə işləmək
bacarığı;
Azərbaycan dili – sərbəst;
Rus dili – üstünlükdür;
İngilis dili –
üstünlükdür;
B kateqoriyalı sürücülük vəsiqəsi –
üstünlükdür.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Mövzu hissəsində vəzifə adı qeyd
edilməlidir - Korporativ satış meneceri
Əlaqə - Aynur
Nəcəfova +994774162110
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
