Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil
etmək;
Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və
spesifikasiyaları araşdırmaq;
Layihə üzrə iş həcmlərinin düzgün
müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq;
Hər bir iş növü
üzrə real maya dəyərini (Cost Price) hesablamaq;
Material,
əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq;
Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini
toplamaq;
Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək
və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək;
Əmək xərclərini
iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq;
Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri
müəyyənləşdirmək;
Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə
etmək və təhlil etmək;
Layihənin dolayı xərclərini – sahə
xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə
almaq;
Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına
daxil ediləcək göstəriciləri müəyyənləşdirmək;
Layihənin
xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək;
Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq;
Tender və kommersiya təkliflərini hazırlamaq;
Hazırlanmış smetaların texniki, kommersiya və riyazi
düzgünlüyünü yoxlamaq;
Smeta hesablamalarında istifadə olunan bütün
ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək;
Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini
hesablamaq;
Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və
riskləri müəyyən etmək;
Bütün layihələr üzrə vahid qiymət və smeta
bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək;
Namizədə qarşı tələblər
İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali
təhsil;
Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost
Control sahəsində minimum 5–10 il iş təcrübəsi;
Yaş həddi: 40
yaşadək;
Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və
hesablanması üzrə geniş praktiki təcrübə;
Layihə, işçi çertyojlar,
texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin müəyyən edilməsi üzrə
bacarıq;
MS Excel proqramında yüksək səviyyədə işləmək
bacarığı;
Smeta proqramları ilə işləmək bacarığı;
AutoCAD proqramında işləmək bacarığı;
Texniki
və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq;
Analitik düşünmə və rəqəmlərlə dəqiq işləmək qabiliyyəti;
Yüksək diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı.
İş şəraiti:
İş rejimi: 6 günlük;
Əmək haqqı: Müsahibə
əsasında təyin olunur
İş yeri: Bakı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə
“Smeta mühəndisi“ yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
