Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin
mühafizəsi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
Yüksəkmərtəbəli bina tikintisində hündürlükdə işlər, qaldırıcı mexanizmlər (qüllə kranları,
yük qaldırıcıları), iskələ və qəlib sistemləri üzrə təhlükəsizlik tələblərinin icrasını təmin
etmək;
Risk qiymətləndirilməsi aparmaq, JSA (Job Safety Analysis) və
digər təhlükəsizlik sənədlərini hazırlamaq və yeniləmək;
Tikinti
sahəsində təhlükəli vəziyyət və davranışları aşkar etmək, uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üçün
tədbirlər görmək;
Gündəlik, həftəlik və aylıq SƏTƏMM yoxlamaları
keçirmək, hesabatlar hazırlamaq;
İşə yeni qəbul olunan əməkdaşlar və
podratçı işçilər üçün giriş və dövri təhlükəsizlik təlimləri keçmək;
İş
icazələri (Work Permit) sisteminə nəzarət etmək;
İstehsalat qəzaları və
hadisələrinin araşdırılmasını aparmaq, səbəbləri təhlil etmək və profilaktik tədbirlər
hazırlamaq;
FHN, Əmək Müfəttişliyi və digər dövlət qurumlarının
tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək;
Fərdi mühafizə
vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək;
Tikinti sahəsində
yanğın təhlükəsizliyi, fövqəladə hallar üzrə hazırlıq və təxliyə planlarının icrasında iştirak
etmək;
SƏTƏMM üzrə daxili prosedur, təlimat və hesabatların hazırlanması
və yenilənməsini təmin etmək.
Namizədə tələblər
Ali təhsil (Texniki təhsil üstünlükdür);
Yüksəkmərtəbəli bina tikintisi sahəsində minimum 3 il SƏTƏMM üzrə iş təcrübəsi
(mütləqdir);
Baş podratçı və ya iri tikinti layihələrində iş təcrübəsinə
üstünlük verilir;
FHN tərəfindən verilmiş "Sənayedə texniki təhlükəsizlik
və əməyin mühafizəsi qaydaları və normaları" üzrə qüvvədə olan sertifikat;
Əlavə SƏTƏMM, IOSH, NEBOSH, OSHA və ya digər beynəlxalq sertifikatların olması
üstünlükdür;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Əməyin
mühafizəsi haqqında" qanunvericiliyi və tikintidə təhlükəsizlik normalarını yaxşı bilmək;
Risk qiymətləndirilməsi, hadisələrin araşdırılması və hesabatların hazırlanması
bacarığı;
Microsoft Office proqramlarında sərbəst
işləmək;
Məsuliyyətli, intizamlı, operativ qərarvermə və ünsiyyət
bacarıqlarına malik olmaq.
İş şəraiti
İş rejimi: Həftədə 6 iş günü;
İş saatı:
08:00 – 17:00;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
rəsmiləşdirmə;
Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "SƏTƏMM üzrə mütəxəssis" qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
