Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Biznesin inkişafı üzrə strateji və əməliyyat tədbirlərinin hazırlanmasında iştirak
edir, müəyyən edilmiş inkişaf istiqamətlərinin həyata keçirilməsi üçün müvafiq təkliflər və fəaliyyət planları
hazırlayır.
Fəaliyyət göstərilən bazarların cari vəziyyətini, inkişaf
perspektivlərini, tələb və təklif dinamikasını, müştəri ehtiyaclarını və rəqabət mühitini təhlil edərək biznesin
inkişafı üçün potensial imkanları müəyyən edir.
Yeni bazar
seqmentlərinin, potensial müştərilərin, kommersiya tərəfdaşlarının və alternativ gəlir mənbələrinin
müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparır, əməkdaşlıq imkanlarını qiymətləndirir.
Yeni biznes layihələri, kommersiya təşəbbüsləri və tərəfdaşlıq imkanları üzrə ilkin
araşdırmalar aparır, layihələrin potensialını, iqtisadi məqsədəuyğunluğunu və gözlənilən nəticələrini
qiymətləndirmək üçün təhlillər hazırlayır.
Biznes layihələri üzrə
maliyyə-iqtisadi hesablamalar aparır, gözlənilən gəlir və xərcləri təhlil edir, layihələrin iqtisadi səmərəliliyini
qiymətləndirir və iqtisadi məqsədəuyğunluğuna dair təkliflər hazırlayır.
Kommersiya təkliflərini, biznes planları, layihə təqdimatlarını və analitik arayışları
hazırlayır, iqtisadi hesablamaların düzgünlüyünü və təqdim olunan məlumatların əsaslı olmasını təmin
edir.
Biznes layihələrinin həyata keçirilməsi zamanı yaranan riskləri,
mümkün məhdudiyyətləri və icra problemlərini müəyyən edir, onların təsirinin azaldılması və aradan qaldırılması üzrə
tədbirlər təklif edir.
Biznesin inkişafı ilə bağlı məsələlər üzrə
maliyyə, hüquq, marketinq, satınalma, logistika və digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyəti həyata
keçirir, zəruri məlumat mübadiləsini və işlərin əlaqələndirilməsini təmin edir.
Kommersiya fəaliyyətinin nəticələrini qiymətləndirmək üçün statistik, iqtisadi və maliyyə
məlumatlarını təhlil edir, rəhbərliyin qərar qəbul etməsi üçün analitik materiallar və əsaslandırılmış təkliflər
hazırlayır.
Tələblər:
Təhsil: Ali (İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment, Maliyyə (
bakalavr/magistr)).
İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş
təcrübəsi. ( Kommersiya fəaliyyəti, biznesin inkişafı və layihələrin iqtisadi təhlili sahələrində iş təcrübəsinə
üstünlük verilir)
Müvafiq sahə üzrə texniki biliklər: Biznes planların və
kommersiya təkliflərinin hazırlanması qaydaları.
Bazar araşdırması və
rəqabət təhlili metodları.
Gəlir və xərc hesablamalarının aparılması
qaydaları.
Biznes layihələrinin iqtisadi səmərəliliyinin
qiymətləndirilməsi.
Kommersiya müqavilələrinin hazırlanması və
razılaşdırılması qaydaları.
Maliyyə və analitik hesabatların hazırlanması
qaydaları.
MS Excel və digər ofis proqramları ilə işləmək
bacarığı.
Sənədləşmə və məlumatların sistemləşdirilməsi
qaydaları.
Kompüter bilikləri: Excell (yüksək səviyyədə), MS
Project, MS Office
Dil bilikləri: Azərbaycan dili , Rus dili, İngilis
dili
İş qrafiki: 5 günlük (09:00-18:00)
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
