Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq;
Məhsullar (notbuklar, smartfonlar, məişət texnikası və s.) haqqında müştərilərə ətraflı
məlumat vermək;
Müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimində
köməklik göstərmək;
Satış planlarının və hədəflərinin yerinə
yetirilməsini təmin etmək;
Məhsulların rəflərdə səliqəli düzülüşünə və
qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək.
Şirkətin portfelində olan
yeni texnologiyaları və cihazları dərindən öyrənmək, texniki yeniliklərdən daima xəbərdar
olmaq;
Müştərilərin müraciətlərini, şikayət və təkliflərini dinləmək,
onları operativ şəkildə həll etmək və ya rəhbərliyə yönləndirmək;
Görülən
işlər və satış nəticələri barədə gündəlik/aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
Ali və ya orta-ixtisas təhsili;
Satış
sahəsində minimum 1 il iş təcrübəsi (elektronika sahəsi arzuolunandır);
Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi
üstünlükdür);
Texnologiyaya maraq və öyrənməyə
həvəs;
Ünsiyyətcil, punktual və komandada işləmək
bacarığı.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Əmək haqqı: Fix (məvacib) + Satışdan bonuslar;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
CV-nizi mövzu hissəsində "Satış məsləhətçisi(Bərdə
rayonu)" qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
