Vakansiya haqqında
Grinco MMC dövlət və korporativ layihələr üzrə
müxtəlif məhsul və avadanlıqların təchizatını həyata keçirir. Beynəlxalq bazarlarda araşdırma aparmağı,
istehsalçılarla danışıqlar qurmağı və satınalma prosesini nəticəyə çatdırmağı bacaran mütəxəssis
axtarırıq.
Əsas vəzifələr
Texniki tələblərə uyğun məhsul, marka və modellərin müəyyən edilməsi, xarici
istehsalçı və təchizatçıların tapılması;
Təchizatçıların etibarlılığının
yoxlanılması, qiymət və kommersiya təkliflərinin müqayisəli təhlili;
Qiymət, ödəniş, istehsal, çatdırılma və zəmanət şərtləri üzrə danışıqların
aparılması;
Tender və satınalma layihələri üçün texniki məlumatların,
kataloqların, sertifikatların və tələb olunan istehsalçı sənədlərinin toplanması;
Məhsul və logistika xərcləri nəzərə alınmaqla maya dəyərinin
hesablanması;
Sifarişlərin təsdiqdən təhvilədək izlənilməsi, istehsal və
çatdırılma müddətlərinə nəzarət;
Uyğunsuzluqların və gecikmə risklərinin
vaxtında müəyyən edilməsi, həll yollarının hazırlanması;
Təchizatçı
bazasının, satınalma sənədlərinin və sifariş hesabatlarının sistemli aparılması.
Axtardığımız
namizəd
Xarici satınalma sahəsində minimum 2 il praktiki təcrübəyə
malikdir;
İngilis dilində sərbəst işgüzar yazışma və şifahi
danışıqlar apara bilir;
Alibaba, Made-in-China və digər
mənbələrdən istifadə edərək istehsalçıları müstəqil araşdırır;
Texniki
spesifikasiyaları təhlil edir, təklif olunan məhsulun tələblərə uyğunluğunu yoxlayır;
Incoterms, beynəlxalq daşınma və idxal sənədləşməsi üzrə praktiki biliklərə
malikdir;
Excel-də qiymət müqayisəsi və xərc hesablamaları hazırlaya
bilir;
İşini planlaşdırır, razılaşdırılmış müddətlərə əməl edir və
başladığı işi nəticəyə çatdırır.
Əlavə
üstünlüklər
Çin və Türkiyə bazarları ilə iş, tender
layihələri, idman avadanlıqları və promo məhsullar üzrə təcrübə; rus və ya Çin dili biliyi; ERP sistemləri ilə
işləmək bacarığı.
Təklif edirik
Aylıq əməkhaqqı: 1 500–2 000 AZN net;
Təcrübə və praktiki bacarıqlara uyğun əməkhaqqının müəyyən edilməsi;
Rəsmi əmək müqaviləsi və tam ştat iş;
Beynəlxalq
istehsalçılar və müxtəlif təchizat layihələri ilə işləmək imkanı.
İş yeri: Bakı şəhəri, Rövşən
Əliyev küçəsi 1, Nobel Hotel yaxınlığı.
CV-nizi “Xarici satınalma üzrə
mütəxəssis” mövzusu iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubda işlədiyiniz xarici
bazarları və satınalma təcrübəniz olan məhsul kateqoriyalarını qısa qeyd edin.
İlkin seçimdən keçən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
