Vakansiya haqqında
Təsvir
2019-cu ildən fəaliyyətə başlayan Lotfi Zadeh Texnologiya Mərkəzi Xəzər dənizi regionunda
texnoloji bilik, infrastruktur və investisiyanı bir araya gətirən innovativ layihədir. Azərbaycanın ən böyük
kovörkinq mərkəzi olan LTC hazırda Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y) filiallarında xidmət
göstərir.
Coworking mərkəzimizdə gənc və motivasiyalı şəxslər üçün "Kiçik icma
mütəxəssisi" vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
Yeni üzvlərin qarşılanması, mərkəzin imkanlarının və qaydalarının
izahı;
Potensial üzvlərə tur xidməti göstərmək və
məlumatlandırmaq;
Mövcud üzvlərin ehtiyaclarını dinləmək və uyğun
yönləndirmələr etmək;
İcma daxilində əməkdaşlıq və ünsiyyətin təşviqi
üçün tədbirlərin təşkilinə dəstək vermək;
İcma üzvləri arasında yaranan
gündəlik anlaşılmazlıqların həllinə yardımçı olmaq;
Üzvlərdən
geribildirim toplamaq və rəhbərliyə təqdim etmək;
Məkanın səliqəli, rahat
və istifadəyə uyğun saxlanmasına nəzarət etməkdə dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi);
Satış və
ya müştəri xidməti sahəsində təcrübə arzuolunandır;
Güclü ünsiyyət
bacarıqları;
İctimaiyyətlə ünsiyyətdə ekstravert
xarakter;
Sahibkarlıq və icma mühitinə maraq və
həvəs;
Müstəqil işləmək bacarığı;
Xanım namizədlərə üstünlük veriləcək;
İngilis
dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilikləri üstünlükdür;
Yüksək etik dəyərlər, empatiya və etibarlılıq.
Əlavə məlumat
5 günlük iş qrafiki: 10:00 – 19:00
Əmək
haqqı: 500 AZN (Net)
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
