Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
HORECA kanalı üzrə satış planlarının, dövriyyə və əsas satış göstəricilərinin
icrasını təmin etmək;
Komandanın gündəlik fəaliyyətini planlaşdırmaq,
tapşırıqları bölüşdürmək və icraya nəzarət etmək;
Komanda üzvlərinin
nəticələrini izləmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və onları iş prosesində
dəstəkləmək;
Otel, restoran, kafe və iaşə obyektləri üzrə müştəri
ziyarətlərini və satış marşrutlarını idarə etmək;
KPI-ları, satış
dinamikasını və kanal üzrə inkişaf imkanlarını təhlil edərək tədbirlər planı hazırlamaq;
Yeni HORECA müştərilərini cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığı inkişaf
etdirmək;
Məhsul portfelini təqdim etmək, kommersiya şərtləri üzrə
danışıqlar aparmaq və razılaşmaların icrasına nəzarət etmək;
Debitor
borclarına, sifarişlərin icrasına, məhsul mövcudluğuna və təqdimat standartlarına nəzarət
etmək;
Satış nəticələri və müştəri portfeli üzrə hesabatlar hazırlamaq və
rəhbərliyə təqdim etmək;
Satış, logistika, anbar, marketinq və maliyyə
şöbələri ilə koordinasiyalı işləmək.
Namizəd üzrə tələblər
Təhsil: Orta ixtisas və ya ali təhsil;
Təcrübə: HORECA satış sahəsində iş təcrübəsi; komanda idarəetməsi
təcrübə
Dil: Azərbaycan dili - – əla, İngilis dili və
Rus dili – üstünlükdür
Kompüter: Microsoft Office
proqramları, xüsusilə Excel üzrə yaxşı bilik.
Fərdi keyfiyyət göstəriciləri
Liderlik və komanda idarəetməsi;
Planlaşdırma, iş bölgüsü və icra nəzarəti;
Satış
analitikası və nəticəyönümlü yanaşma;
Güclü ünsiyyət, danışıqlar və
motivasiya bacarıqları;
Operativ qərarvermə və problem
həlli.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
