Vakansiya haqqında
Satış obyektlərimizə məsuliyyətli və çevik bəy
namizəd Steward (Təmizlik işçisi) axtarırıq
Vəzifə
öhdəlikləri:
Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən
edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək
Təmiz yuyulmuş
qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək
Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə
etmək
Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət
etmək
Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin
təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak
etmək
Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara
və digər mətbəx əməkdaşlarına kömək etmək
Tullantıları müəyyən edilmiş
qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq
Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin
etmək
Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər
qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək
Təmizlik
vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək
Mətbəx və
yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə
bildirmək
Namizədə
tələblər:
Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq
İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək
Komandada işləmək bacarığı
Məsuliyyətli, punktual
və işinə ciddi yanaşmaq
Restoran və ya mətbəxdə iş təcrübəsi
arzuolunandır
İş
şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
Əmək haqqı: 700-800 AZN (nett)
İş yeri: TAİS – İKF
MMC
Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu
hissəsində“Steward (Təmizlik işçisi)”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
