Vakansiya haqqında
Vəzifə funksiyaları
Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının
yüklənməsi;
TV məhsullarının sazlanması və ilkin qurğuların
tənzimlənməsi;
Smart saatların sinxronizasiyası, hesabların qurulması və
istifadəyə hazır vəziyyətə gətirilməsi;
PlayStation konsollarının
quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması;
Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test
çaplarının həyata keçirilməsi;
Müştərilər üçün yeni hesabların
yaradılması və məlumatların köçürülməsi;
Telefon və planşetlər üçün
qoruyucu üzlüklərin çəkilməsi.
Digər şərtlər
Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş
prinsipləri barədə ümumi bilik;
Windows və digər əməliyyat sistemlərinin
quraşdırılması və ilkin sazlanması üzrə bilik;
Proqram təminatlarının
quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı;
Müxtəlif
hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək
bacarığı;
Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək
bacarığı;
Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan
problemlərə düzgün yanaşmaq bacarığı;
Diqqətli və məsuliyyətli
olmaq;
Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli
olmaq.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
