Vakansiya haqqında
AmaZOOne World Zoo Mağazası komandamıza heyvanları sevən,
məsuliyyətli, ünsiyyətcil və müvafiq sahədə iş təcrübəsi olan əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Mağazaya gələn müştərilərin qarşılanması, məhsul və xidmətlər barədə
məlumatlandırılması;
Müştərilərə ev heyvanları, onların saxlanılması,
qidalanması və baxımı ilə bağlı düzgün məsləhətlərin verilməsi;
Zoo
məhsullarının (yemlər, aksesuarlar, qulluq vasitələri və s.) təqdim edilməsi və satışının həyata
keçirilməsi;
Mağazada satışda olan heyvanların gündəlik baxımı,
qidalanması və saxlanma şəraitinə nəzarət;
Nağd və nağdsız ödənişlərin
qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
Telefon və WhatsApp
vasitəsilə daxil olan zəng və müraciətlərin cavablandırılması;
Müştərilərin sifarişlərinin qəbul edilməsi və icrasının izlənilməsi;
Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi, qiymət etiketlərinə və səliqəyə
nəzarət;
Məhsul qalıqlarının, stokun və son istifadə tarixlərinin
izlənilməsi;
Gündəlik satış və kassa hesabatlarının
hazırlanması;
Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərin
nəzakətlə yola salınması;
Mağazanın gündəlik fəaliyyətinə aid digər
təşkilati işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
Zoo mağazası, pet shop və ya müvafiq sahədə iş təcrübəsi
(mütləqdir);
Azərbaycan və rus dillərində sərbəst
ünsiyyət bacarığı (mütləqdir);
İngilis dili biliyi
üstünlükdür;
Ev heyvanları, onların qidalanması, baxımı və saxlanma
şəraiti haqqında praktik biliklər;
Zoo məhsulları, yem markaları və
aksesuarlar haqqında məlumatlı olmaq;
Satış, müştəri xidməti və kassa
əməliyyatları üzrə bilik və bacarıqlar;
Heyvanlarla işləməyi sevmək və
onlara qarşı qayğıkeş münasibət;
Müştərilərlə düzgün ünsiyyət qurmaq və
satışyönümlü yanaşma;
Punktuallıq, dürüstlük, məsuliyyətlilik və
səliqəlilik;
İş qrafikinə ciddi riayət etmək və verilən tapşırıqları
vaxtında yerinə yetirmək.
İş şəraiti:
İş yeri: AmaZOOne World Zoo Mağazası, Ağ Şəhər,
Bakı.
Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı
müzakirə olunur.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Namizədlər CV-lərini “Zoo Mağaza Satıcısı / Kassir” başlığı ilə
göndərə bilərlər.
Vacib: Zoo mağazasında və ya müvafiq sahədə praktiki iş təcrübəsi
olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
