Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: Tam iş günü
Tabeçilik: Direktor
Vəzifənin məqsədi
Şirkətin strateji və əməliyyat planlarının hazırlanmasını, icrasına nəzarəti,
resursların səmərəli planlaşdırılmasını və fəaliyyət göstəricilərinin təhlilini təmin etmək, qərarların qəbul
edilməsi üçün rəhbərliyə analitik məlumatlar təqdim etmək.
Əsas vəzifə öhdəlikləri
Şirkətin strateji və illik fəaliyyət planlarının hazırlanmasına rəhbərlik
etmək;
İstehsal, satış, satınalma və digər əməliyyat prosesləri üzrə
planlaşdırmanı təşkil etmək;
İstehsal gücü, əmək resursları, material
ehtiyatları və digər resurslara olan tələbatı müəyyənləşdirmək;
Təsdiq
edilmiş planların icrasına nəzarət etmək, faktiki göstəricilərlə plan göstəricilərini müqayisə
etmək;
Plan-fakt təhlillərini aparmaq, kənarlaşmaların səbəblərini
müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
Müxtəlif ssenarilər
üzrə proqnozlar və analitik hesabatlar hazırlamaq;
Digər struktur
bölmələri ilə koordinasiyanı təmin etmək;
Planlaşdırma proseslərinin
optimallaşdırılması və səmərəliliyin artırılması üzrə təşəbbüslər irəli sürmək;
Şöbənin əməkdaşlarının fəaliyyətini təşkil etmək, tapşırıqların icrasına və nəticələrə nəzarət
etmək;
Rəhbərlik üçün müntəzəm hesabatlar, təqdimatlar və təhlillər
hazırlamaq.
Namizədə tələblər
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq sahələr
üzrə ali təhsil;
Planlaşdırma, büdcələşdirmə, analitika və ya
əməliyyatların idarə edilməsi sahəsində ən azı 3–5 il iş təcrübəsi;
Rəhbər vəzifədə ən azı 1–2 il təcrübə;
Excel
proqramında yüksək səviyyədə işləmək bacarığı;
ERP sistemləri ilə işləmək
təcrübəsi (1C və ya digər sistemlər);
Plan-fakt təhlili, proqnozlaşdırma
və hesabatlılıq üzrə biliklər;
Analitik düşünmə, problem həll etmə və
qərarvermə bacarıqları;
Komandanı idarə etmək, işləri prioritetləşdirmək
və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
Güclü kommunikasiya və
təşkilatçılıq qabiliyyəti.
Üstünlük hesab olunur
Müvafiq sahədə beynəlxalq təcrübə və ya peşəkar sertifikatlar;
Power BI və digər məlumatların vizuallaşdırılması alətləri ilə işləmək
bacarığı;
İstehsalat, logistika və ya iri əməliyyat strukturlarında
planlaşdırma təcrübəsi;
Planlaşdırma və idarəetmə proseslərinin
avtomatlaşdırılması üzrə təcrübə.
İşəgötürən tərəfindən təklif olunur
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Əməkhaqqı – 3000 AZN+;
Peşəkar və dinamik iş
mühiti;
Əldə olunan nəticələrə uyğun inkişaf və motivasiya
imkanları.
Könüllü Tibbi Sığorta paketi
Korporativ nömrə və nahar
Tələblərə uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər.
E-poçtun mövzu hissəsində “Planlama şöbəsinin rəhbəri” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
