Vakansiya haqqında
Şirkətimizin marketinq fəaliyyətinin strateji və
operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək
məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.
Əsas vəzifə və
öhdəliklər:
Şirkətin ümumi marketinq strategiyasının
hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi;
Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar
tendensiyalarının izlənilməsi;
Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının
artırılması;
Yeni
məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata
keçirilməsi;
Rəqəmsal və
ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
Sosial media platformalarının, rəqəmsal reklam
kanallarının və reklam kampaniyalarının idarə edilməsi;
Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və
koordinasiyası;
Məhsulların
təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata
keçirilməsi;
Satış
komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin
həyata keçirilməsi;
Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə
nəzarətin təmin edilməsi;
Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında
qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Namizədə dair
tələblər:
Marketinq, biznesin idarə edilməsi və ya
müvafiq sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş
təcrübəsi;
FMCG və ya qida
istehsalı sektorunda iş təcrübəsi üstünlükdür;
Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə
təcrübə;
Brend idarəçiliyi,
məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər;
Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki
biliklər;
Marketinq
kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı;
Analitik düşünmə, strateji planlaşdırma və problem həll
etmə bacarığı;
Yüksək
kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda ilə işləmək və iş proseslərini koordinasiya
etmək bacarığı.
Biz nə təklif
edirik?
Könüllü tibbi sığorta
paketi;
Nahar
təminatı;
Korporativ mobil
nömrə;
Yanacaq xərclərinin
qarşılanması;
Rəqabətli
əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı razılaşdırılır).
İş şəraiti:
İş yeri:Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
İş qrafiki: 09:00–18:00
İş həftəsi: 5 günlük
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini
mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
