Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Mühasib(lər), Maddi qrup mühasibi və Mühasib köməkçisi tərəfindən aparılan cari
mühasibat əməliyyatlarını əlaqələndirmək, iş bölgüsünü təşkil etmək.
Sahə
üzrə müvafiq hesabatların (balans, mənfəət-zərər hesabatı, pul vəsaitlərinin hərəkəti) hazırlanmasını təşkil etmək
və Baş mühasibə təqdim etmək.
Vergi bəyannamələrinin (ƏDV, mənfəət
vergisi və s.), DSMF və Statistika hesabatlarının layihələrini hazırlamaq və Baş mühasibə təqdim
etmək.
Bank və kassa əməliyyatlarının qanunvericiliyə uyğun aparılmasına
nəzarət etmək, mürəkkəb və qeyri-standart hesablaşmaları bilavasitə həyata keçirmək.
Debitor və kreditor borclarının uçotuna nəzarət etmək, mübahisəli hesablaşmaların həllində
iştirak etmək.
Cəmiyyətin mühasibat proqramında amortizasiya və maya
dəyərinin hesablanması, xərc hesablarının bağlanması daxil olmaqla, bütün dövr sonu əməliyyatlarının vaxtında və
tələblərə uyğun icrasını təmin etmək, yekun göstəriciləri Baş mühasiblə təsdiqlətmək.
Əsas vəsaitlərin uçotunu, hərəkətini (bölmələr arası köçürülmə, silinmə) sənədləşdirmək,
amortizasiya hesablamalarını yoxlamaq.
İnventarizasiya prosesinin
təşkilində iştirak etmək, nəticələrin uçotda düzgün əks etdirilməsini təmin etmək.
Mühasibin, Maddi qrup mühasibinin və Mühasib köməkçisinin işinə metodiki dəstək göstərmək,
yeni işçilərin adaptasiyasına köməklik etmək.
Baş mühasibin işdə olmadığı
dövrdə onun səlahiyyətlərini əvəz etmək (əmr əsasında).
Cəmiyyətdə
istifadə olunan mövcud mühasibat proqram təminatında konsolidasiya edilmiş məlumatların düzgünlüyünü
yoxlamaq.
Rəhbərliyin (Baş mühasibin) tələbi ilə analitik arayış və
hesabatlar hazırlamaq.
Əməkhaqqı fondunun hesablanmasını (əmək haqqı,
mükafat, iş vaxtından artıq iş, məzuniyyət ödənişləri) həyata keçirmək, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən
sığorta ayırmalarının hesablanmasını təmin etmək və müvafiq hesabatları Baş mühasibə təqdim
etmək.
Kənar audit zamanı tələb olunan maliyyə hesabatlarının və
sənədlərin vaxtında hazırlanmasını təşkil etmək, eləcə də auditorlara təqdim olunmasını təmin
etmək.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
