Vakansiya haqqında
İş şəraiti
İş yeri: Lökbatan, Bakı
Məşğulluq: Tam ştat
İş
qrafiki: 6/1, 09:00–17:00
Əməkhaqqı: Namizədin
təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır.
Vəzifə haqqında
BRPG MMC metal emalı və metal konstruksiyaların istehsalı sahəsinə
rəhbərlik edəcək təcrübəli İstehsalat meneceri (Production Manager) axtarır.
Müəssisənin istehsalat sahəsi metalın səthinin təmizlənməsi, lazer kəsimi, əyilməsi,
qaynaqlanması, metal konstruksiyaların hazırlanması və digər metal emalı proseslərini əhatə
edir.
İstehsalat meneceri sifarişlərin qəbulundan hazır məhsulun təhvil
verilməsinə, o cümlədən metal konstruksiyaların sifarişçi obyektlərində montajına qədər bütün istehsalat
proseslərinin planlaşdırılmasına, təşkilinə və idarə edilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
İstehsalatın planlaşdırılması və idarə edilməsi
İstehsalat sahəsinin gündəlik fəaliyyətinin təşkili və idarə
olunması;
Sifarişlər üzrə istehsalat planlarının və icra qrafiklərinin
hazırlanması;
Sifarişlərin istehsalat sahələri və avadanlıqlar arasında
optimal bölüşdürülməsi;
Metal konstruksiyaların və müxtəlif metal
elementlərin texniki cizgilərə uyğun hazırlanmasının təşkili;
İstehsalat
proseslərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət tələblərinə uyğun tamamlanmasının təmin
edilməsi.
Avadanlıqların və resursların idarə edilməsi
Lazer kəsim, abkant, metal səthinin təmizlənməsi, qaynaq və digər istehsalat
avadanlıqlarının səmərəli istifadəsinin təşkili;
Avadanlıqların
istehsalat gücünün və yüklənməsinin optimallaşdırılması;
Avadanlıqların
texniki xidmətinin və saz vəziyyətdə saxlanılmasının təşkili;
Xammal və
material sərfiyyatına nəzarət, istehsalat tullantılarının minimuma endirilməsi;
Metal konstruksiyaların montajının təşkili
Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərinin
planlaşdırılması və təşkili;
Montaj briqadalarının fəaliyyətinin
koordinasiyası;
Montaj işləri üçün tələb olunan texnika, avadanlıq və
işçi qüvvəsinin planlaşdırılması;
Montaj işlərinin layihəyə, texniki
tələblərə və müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət.
İşçi heyətinin və keyfiyyətin idarə edilməsi
İstehsalat operatorlarının, qaynaqçıların,və montaj briqadalarının işinin
təşkili;
İşçilər arasında vəzifə bölgüsünün aparılması və tapşırıqların
icrasına nəzarət;
İstehsalatın bütün mərhələlərində keyfiyyətə nəzarətin
təmin edilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına
riayət olunmasına nəzarət;
İstehsalatın gündəlik və həftəlik
göstəriciləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər
Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli
ixtisaslar);
Metal emalı və ya metal konstruksiyaların istehsalı
sahəsində minimum 5 il iş təcrübəsi;
İstehsalat
sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi;
Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və quraşdırma texnologiyaları üzrə
biliklər;
Lazer kəsim, abkant və digər CNC avadanlıqlarının iş
prinsiplərini bilmək;
Texniki cizgilərin və istehsalat sənədlərini
sərbəst oxumaq bacarığı;
Metal konstruksiyaların istehsalı və montajı
üzrə praktiki təcrübə;
İstehsalat proseslərinin planlaşdırılması və işçi
heyətinin idarə edilməsi bacarığı;
MS Excel və AutoCAD proqramları ilə
işləmək bacarığı;
İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik
qaydalarını bilmək;
Təşkilatçılıq, məsuliyyətlilik və operativ qərarvermə
bacarığı.
Biz təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı;
Rəsmi əmək
müqaviləsi;
Müasir istehsalat avadanlıqları ilə işləmək
imkanı;
İstehsalat proseslərinin inkişafında və təkmilləşdirilməsində
iştirak;
Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf
imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Production Manager”
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab
verən namizədlər görüşə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
