Vakansiya haqqında
BOKT “Falcon Finance” MMC İnsan resursları üzrə mütəxəssis vakansiyası elan edir. Fərdi
və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
Ərazi: Bakı
Maaş: Razılaşma
İş rejimi: Tam iş günü (5
gün)
Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
Yeni işçilərin işə qəbulu, müqavilələrin hazırlanması və sənədlərin
formalaşdırılmasında dəstək göstərmək;
İşdən çıxan əməkdaşların
sənədlərinin düzgün tərtib olunmasında dəstək göstərmək;
Əmək haqqı,
məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək
göstərmək;
HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı, dövriyyə
göstəriciləri və s.) hazırlanmasında iştirak etmək;
HR fayllarının
arxivləşdirilməsi və sistemli saxlanılmasına dəstək göstərmək;
HR tədbirlərinin (təlimlər, görüşlər, daxili aksiyalar və s.) təşkilinə inzibati dəstək
göstərmək;
Yeni əməkdaşların adaptasiya prosesində iştirak etmək və ilkin
məlumatlandırmanı dəstək göstərmək;
HR siyasət və prosedurlarının
tətbiqində komanda üzvlərinə dəstək olmaq;
İşçilərin şəxsi məlumatlarının
HR sisteminə düzgün və vaxtında daxil edilməsi və yenilənməsində dəstək göstərmək;
İR layihələrində aktiv iştirak etmək;
Daxili
müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və
sənədləşmədə kömək etmək;
Layihələr üzrə vizualların hazırlanmasında
ideyaların verilməsi;
Layihələr üzrə sənədləşmə işlərinin həyata
keçirilməsi;
İllik işçi bağlılığı sorğumuzdan əldə edilən rəy əsasında
əsas kommunikasiya fəaliyyətlərini formalaşdırması və məlumatlandırması;
Daxili tədbirlərin və layihələrin təşkilində kömək və iştirak etməsi;
Tələblər:
Yaş: 25 — 40 yaş
Təhsil: Ali
təhsil
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Cins: Qadın
Göstərilən tələblərə cavab verən, xüsusi ilə Bank və BOKT təcrübəsi olan
namizədlərin CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron
ünvanına göndərməkləri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
