Vakansiya haqqında
Təsvir
Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında
Şirkəti təmsil etmək, yoxlamalar zamanı hüquqi dəstək göstərmək və proseslərin hüquqi müşayiətini həyata
keçirmək;
Şirkətin məhkəmə, təhqiqat və istintaq orqanlarında hüquqi
maraqlarını təmsil etmək və müdafiə etmək;
Şirkətin adından iddia
ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və digər prosessual sənədləri hazırlamaq və müvafiq orqanlara təqdim
etmək;
Şirkətin mənafeyinə zidd olan qanunsuz və əsassız qərarlardan
qanunvericiliyə uyğun qaydada şikayət vermək;
Şirkətin daxili normativ
sənədlərinin və digər hüquqi sənədlərinin ekspertizasını aparmaq, zəruri əlavə və dəyişikliklərlə bağlı təkliflər
vermək;
Etibarnamələrin, təsis sənədlərinin, məhkəmə və hüquq-mühafizə
orqanlarına aid sənədlərin və digər hüquqi sənədlərin uçotunu, saxlanılmasını və arxivləşdirilməsini təşkil
etmək;
Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə
uyğunluğunun təmin edilməsinə və hüquqi risklərin minimuma endirilməsinə dəstək göstərmək;
Şirkətin struktur bölmələri ilə birgə dövlət orqanları, hüquqi və fiziki şəxslərlə aparılan
danışıqlarda iştirak etmək;
Şirkətdə yaradılan komissiyaların
fəaliyyətində iştirak etmək və hüquqi məsələlər üzrə rəy vermək;
Rəhbərliyin tapşırıqları əsasında hüquqi təminatla bağlı digər zəruri işləri həyata
keçirmək.
Tələblər
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaq;
Hüquq sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual və
cinayət prosessual qanunvericiliyini bilmək;
Məhkəmə və dövlət
orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübəyə malik
olmaq;
Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və
hüquqi ekspertizası bacarığına malik olmaq;
Hüquqi riskləri
müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları təklif etmək bacarığına malik olmaq;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik
olmaq;
MS Office proqramlarından istifadə bacarığına malik
olmaq;
Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə
bacarıqlarına malik olmaq;
Komandada işləmək, vaxtı düzgün idarə etmək və
detallara diqqət yetirmək bacarığına malik olmaq.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Yanacaq
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
