Vakansiya haqqında
"Azerbaijan Automobiles" şirkətinə
“Marketinq və kommunikasiya üzrə mütəxəssis”tələb
olunur:
Əsas vəzifə öhdəlikləri
Brendlər üzrə marketinq kampaniyalarının planlaşdırılması və icrasında iştirak
etmək.
Gündəlik marketinq tapşırıqlarını koordinasiya etmək, işlərin
vaxtında və keyfiyyətlə tamamlanmasını izləmək.
Sosial media üçün kontent
ideyaları, trendə və brendə uyğun mövzular, qısa video ssenariləri və mətnlər hazırlamaq.
Foto və video çəkilişlərinin təşkilinə dəstək vermək: avtomobilin və məkanın hazırlığı,
çəkiliş planı, iştirakçıların koordinasiyası.
Ehtiyac olduqda telefonla
operativ story, backstage və sadə qısa videolar çəkmək, ilkin montaj etmək.
Dizayner və videoqraf üçün aydın briflər hazırlamaq, materialların hazırlanmasını və
düzəlişlərini izləmək.
Şourum tədbirləri, təqdimatlar, test-drive və
digər marketinq aktivliklərinin təşkilində iştirak etmək.
İnfluenserlər,
tərəfdaşlar və təchizatçılarla gündəlik koordinasiyanı aparmaq.
Rəqiblərin kampaniyalarını və sosial media fəaliyyətini izləyərək yeni ideya və təkliflər
vermək.
Görülən işlər və kampaniya nəticələri üzrə qısa hesabatlar
hazırlamaq.
İş qrafiki: Həftə içi 6 gün
İş ünvanı: Bakı şəh, Babək prospekti.
Namizədə tələblər
Ali təhsil (aidiyyatı ixtisas üzrə)
Marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 1 il praktiki
təcrübə.
Azərbaycan dilində düzgün və səlis yazı bacarığı; ingilis dili
biliyi üstünlükdür.
Instagram və TikTok formatları, Reels və sosial media
trendləri barədə anlayış.
Süni intellekt alətləri ilə baza səviyyəsində
işləmək bacarığı.
MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq
proqram bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə
bacarığı
Eyni vaxtda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və
son tarixlərə riayət etmək.
Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə
işləmək bacarığı.
Avtomobil sahəsinə maraq; bu sektorda təcrübə
üstünlükdür.
İşdə dəqiq, məsuliyyətli və dürüst
olmalıdır.
Seçim zamanı xüsusi diqqət ediləcək məqamlar
Təşəbbüskarlıq: Tapşırıq gözləmədən ideyalar irəli sürməsi,
problemlərə həll yolları təklif etməsi və proaktiv yanaşma nümayiş etdirməsi.
Aktiv iştirak: Şourumda, çəkiliş proseslərində və tədbirlərdə fəal iştirak
etməyə hazır olması.
Məsuliyyət və nəticəyönümlülük:
Tapşırığı qəbul etdikdən sonra icra prosesini izləməsi, qarşılaşdığı maneələr barədə vaxtında məlumat verməsi və işi
nəticəyədək çatdırması.
Vizual baxış və praktiki
bacarıqlar: Kontentə estetik və yaradıcı yanaşması, vizual detalları düzgün dəyərləndirməsi və praktik
çəkiliş bacarıqlarına malik olması.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Marketinq və kommunikasiya
üzrə mütəxəssis" qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon
vasitəsilə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
