Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Yeni tərəfdaşların axtarışı, potensial əməkdaşlıq imkanlarının araşdırılması və
işgüzar görüşlərin təşkili;
Brendin tanıdılması və bazarda mövqeyinin
gücləndirilməsi üçün kreativ marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi;
Tədbir, festival, promoaksiya və digər marketinq aktivliklərinin planlaşdırılması və
təşkilində iştirak;
Şirkətin tədbirlərdə və tərəfdaş görüşlərində peşəkar
şəkildə təmsil olunması;
Sponsorluq, barter və digər əməkdaşlıq
layihələri üzrə təkliflərin hazırlanması və danışıqların aparılması;
Yeni
biznes və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi;
Sosial media trendlərinin izlənilməsi və uyğun ideyaların real marketinq layihələrinə
çevrilməsi;
Bir neçə layihənin paralel idarə edilməsi və icrasına
nəzarət.
Namizədə tələblər:
Yaş: 22-30
Güclü ünsiyyət, təqdimat və
danışıqlar aparmaq bacarığı;
Kreativ və strateji düşünmə
qabiliyyəti;
Yüksək təşkilatçılıq və koordinasiya
bacarığı;
Problem həll etmə və operativ qərarvermə
qabiliyyəti;
Komandada işləmək və müstəqil fəaliyyət göstərmək
bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı
bacarığı;
İngilis və rus dillərini bilmək
üstünlükdür;
Görüşlərdə, tədbirlərdə və sahə fəaliyyətlərində aktiv
iştirak etməyə hazır olmaq.
Əlavə üstünlüklər:
Marketinq, PR, satış və ya Event Management sahəsində iş
təcrübəsi;
Tərəfdaşlıq, sponsorluq və barter layihələri üzrə
təcrübə;
Tədbir, festival və promoaksiyaların təşkilində
iştirak;
Sosial media və rəqəmsal marketinq trendləri haqqında
məlumatlılıq.
İş şəraiti:
Dinamik və inkişafyönümlü iş mühiti;
Kreativ ideyaların həyata keçirilməsi və yeni layihələrdə iştirak imkanı;
Peşəkar inkişaf və yeni əməkdaşlıqlar qurmaq fürsəti.
Iş rejimi: 5 günlük, 09.00-18.00
Əmək haqqı:
Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Qeyd: Müvafiq sahədə təcrübəsi olmayan, lakin yüksək motivasiyaya,
təşəbbüskarlığa, güclü kommunikasiya bacarığına və kreativ düşüncəyə malik namizədlərin müraciətləri də nəzərdən
keçiriləcəkdir.
CV-nizi mövzu hissəsində “Brand Activation & Partnerships
Specialist” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
