Vakansiya haqqında
Təsvir
Satış strukturlarından daxil olan korporativ müştəri müraciətlərinin təhlilinin
aparılmasını və yekun rəyin hazırlanaraq təqdim edilməsini təmin etmək;
Korporativ müştərilərin maliyyə və biznes fəaliyyətinin təhlilini həyata keçirmək, risklərin
qiymətləndirilməsi üzrə əsaslandırılmış rəylər vermək;
Təhlil
proseslərinin təkmilləşdirilməsi məqsədilə yeni yanaşma və metodologiyaların tətbiqində iştirak
etmək;
Biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin
artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kiçik işçilərin işinin koordinasiyasını həyata
keçirmək, onların peşəkar inkişafına dəstək göstərmək;
Təhlil prosesləri
ilə bağlı daxili təlimlərin təşkili və keçirilməsində iştirak etmək;
Fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, eləcə də
Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri və təlimatlarının tətbiqini təmin etmək;
Daxili siyasət, prosedur və qaydalara uyğun fəaliyyət göstərmək;
Hesabatların hazırlanmasında, məlumatların təhlilində və qərar qəbuletmə prosesində iştirak
etmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahə üzrə minimum 1-3 il iş
təcrübəsi;
Yüksək ünsiyyətqurma, təqdimat və dinləmə
bacarıqları;
Operativ, məsuliyyətli və dəqiq işləmək
qabiliyyəti;
Analitik düşünmə və problemlərin həlli
bacarığı;
Komandada effektiv işləmək bacarığı;
Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların (ACCA F3 (Financial Accounting) və F7
(Financial Reporting), CFA və s.) olması üstünlükdür;
Bank sektorunda iş
təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Microsoft Office
proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə
bilmək;
Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
