Vakansiya haqqında
İstehsal və pərakəndə satış sahəsində fəaliyyət göstərən şirkətimizə baş direktorun
gündəlik işinin təşkilində, tapşırıqların icrasına nəzarətdə və şöbələrarası koordinasiyada fəal rol alacaq baş
direktor köməkçisi axtarırıq.
Bizim üçün bu vəzifədə dəqiqlik, çeviklik, məxfilik və işi nəticəyə çatdırmaq bacarığı
əsasdır.
Əsas məsuliyyətlər
Baş direktorun iş təqvimini idarə etmək, görüşləri, iclasları və işgüzar səfərləri
planlaşdırmaq.
Verilən tapşırıqların icra müddətlərini və nəticələrini
izləmək, gecikmələr barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
İstehsal, satış, marketinq, maliyyə və insan resursları şöbələri ilə koordinasiyanı təmin
etmək.
İclasların gündəliyini hazırlamaq, qərarları qeyd etmək və
aidiyyəti şəxslərlə icrasını izləmək.
Hesabatları və məlumatları
toplayaraq rəhbərliyə aydın, yığcam formada təqdim etmək.
Yerli və xarici
tərəfdaşlarla işgüzar yazışmalar və danışıqlar aparmaq.
Azərbaycan, rus
və ingilis dillərində sənədlər, məktublar və təqdimatlar hazırlamaq.
Rəhbərliyin ehtiyac duyduğu mövzular üzrə araşdırmalar aparmaq və təkliflər
hazırlamaq.
Namizəddən gözləntilərimiz
Ali təhsil və müvafiq vəzifədə iş təcrübəsi.
Azərbaycan, rus və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət — mütləq
tələbdir.
Güclü təşkilatçılıq, analitik düşüncə və vaxtın idarə edilməsi
bacarığı.
Eyni vaxtda bir neçə işi idarə etmək və prioritetləri düzgün
müəyyənləşdirmək.
Excel, Word, PowerPoint və elektron iş alətlərindən
sərbəst istifadə.
İşgüzar yazışma və təqdimat
bacarığı.
Müstəqil işləmək, təşəbbüs göstərmək və problemlərə həll təklif
etmək.
Məxfi məlumatlarla işləmək məsuliyyəti və peşəkar
davranış.
İş şəraiti
5 günlük iş həftəsi
Nahar fasiləsi:
13:00-14:00
Nahar müəssisə tərəfindən təmin edilir.
İş yeri: Bakı Sumqayıt younun üstü, Masazır dairəsi, Əliağa Vahid 1
küçəsi.
Əmək haqqı: Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun
olaraq müəyyən ediləcəkdir.
Qeyd: İstehsal və ya pərakəndə satış sektorunda təcrübəsi olan namizədlərə üstünlük
veriləcək.
Komandamıza qoşulmaq üçün: CV-lərinizi “Baş Direktor köməkçisi” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
