Vakansiya haqqında
Avant Group şirkətin informasiya texnologiyaları infrastrukturunun dayanıqlı və
təhlükəsiz fəaliyyətini təmin edəcək, İT xidmətlərinin idarə olunmasına və texnoloji inkişaf təşəbbüslərinin
icrasına rəhbərlik edəcək İnformasiya Texnologiyaları Şöbəsinin Rəhbərini axtarır.
Vəzifənin əsas məqsədi korporativ İT sistemlərinin fasiləsiz fəaliyyətini, informasiya
təhlükəsizliyini, istifadəçilərə keyfiyyətli İT dəstəyini və İT həllərinin biznes ehtiyaclarına uyğun inkişafını
təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
Şirkətin İT infrastrukturunu və gündəlik İT əməliyyatlarını idarə etmək, sistemlərin
dayanıqlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Serverlər, şəbəkə
infrastrukturu, Active Directory, Microsoft 365, File Server və digər korporativ sistemlərin fəaliyyətini təmin
etmək;
İstifadəçi müraciətlərinin qeydiyyatını, prioritetləşdirilməsini
və müəyyən edilmiş müddətlərdə həllini təşkil etmək;
İnformasiya
təhlükəsizliyi siyasətlərinin, istifadəçi hesablarının və giriş hüquqlarının idarə olunmasını təmin
etmək;
Ehtiyat nüsxələmə, məlumatların bərpası və İT fasiləsiz fəaliyyət
proseslərinə nəzarət etmək;
İT risklərini qiymətləndirmək, informasiya
təhlükəsizliyi insidentlərini və kritik sistem problemlərini vaxtında eskalasiya etmək;
İT büdcəsini, avadanlıq və xidmətlər üzrə ehtiyacları, satınalmaları və texnoloji
investisiyaları planlaşdırmaq;
İT layihələrini, sistem yenilənmələrini və
rəqəmsallaşma təşəbbüslərini idarə etmək;
ERP və Rəqəmsal Transformasiya
üzrə Baş Menecerlə koordinasiyada ERP sistemlərinin texniki infrastrukturu məsələlərini həll
etmək;
Xarici İT xidmət təminatçıları ilə işi koordinasiya etmək, xidmət
keyfiyyətinə nəzarət etmək;
İT komandasının işini planlaşdırmaq,
tapşırıqları bölüşdürmək və icra nəticələrinə nəzarət etmək.
Namizədə tələblər
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali
təhsil;
İT sahəsində minimum 4 il iş təcrübəsi; korporativ İT mühitində
rəhbərlik və ya koordinasiya təcrübəsi üstünlükdür;
Windows Server,
Active Directory, Microsoft 365, şəbəkə avadanlıqları və ehtiyat nüsxələmə sistemləri üzrə praktiki
biliklər;
İnformasiya təhlükəsizliyi və İT xidmətlərinin idarə olunması
prinsiplərini bilmək;
İT infrastrukturu və texniki problemlərin
diaqnostikası, analizi və həlli bacarığı;
Komanda və layihə idarəetməsi,
planlaşdırma və hesabatlılıq bacarıqları;
Azərbaycan dilini mükəmməl
bilmək; ingilis dilində texniki sənədləri oxumaq bacarığı;
CompTIA,
Microsoft, Cisco və ya ITIL sertifikatlarının olması üstünlükdür;
Məxfiliyə riayət etmək və informasiya təhlükəsizliyi tələblərinə uyğun
işləmək.
Biz nə təklif edirik?
Şirkətin korporativ İT infrastrukturunun inkişafında rəhbər
rol;
İT layihələrində və texnoloji təkmilləşdirmə təşəbbüslərində iştirak
imkanı;
Peşəkar və dinamik iş mühiti;
Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnformasiya Texnologiyaları
Şöbəsinin Rəhbəri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
