Vakansiya haqqında
Tətbiqi proqram təhlükəsizliyi üzrə aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC namizədləri Tətbiqi proqram təhlükəsizliyi üzrə
aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə, tətbiqi proqramların təhlükəsizlik arxitekturasının təhlilindən başlayaraq,
veb, mobil və infrastruktur sistemləri üzrə hərtərəfli nüfuzetmə testlərinin həyata keçirilməsinə qədər geniş
əhatəli məsuliyyətləri özündə birləşdirir. Aparıcı mütəxəssis olaraq, siz təhlükəsiz proqram təminatının inkişafı
(SSDLC) proseslərinin təmin edilməsi, OWASP Top 10 kimi zəifliklərin müəyyən edilməsi və aradan qaldırılması,
SAST/DAST/SCA nəticələrinin təhlili və şirkətin informasiya təhlükəsizliyi risklərinin azaldılması üçün strateji
proseslərin hazırlanmasında mühüm rol oynayacaqsınız. Sizin fəaliyyətiniz birbaşa olaraq şirkətin rəqəmsal
aktivlərinin qorunmasına və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsinə yönələcəkdir.
Öhdəliklər
Proqramların arxitekturasının informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən
təhlilində iştirak etmək;
Tətbiqi proqram təhlükəsizliyi üzrə risklərin
azaldılmasına yönəlmiş proseslərin işlənib hazırlanmasında iştirak etmək;
Veb, mobil tətbiqlər və infrastruktur sistemləri üzrə nüfuzetmə testlərini (penetration
testing) həyata keçirmək;
Veb tətbiqlərində OWASP Top 10 zəifliklərini
müəyyən etmək və istismar imkanlarını yoxlamaq;
Android/iOS mobil
tətbiqlərinin təhlükəsizlik testlərini aparmaq;
API təhlükəsizliyini
yoxlamaq, "authentication" və "authorization" mexanizmlərini test etmək;
Şəbəkə infrastrukturu, serverlər və digər İT sistemləri üzrə zəiflikləri
qiymətləndirmək;
Kerberoasting, AS-REP Roasting, Pass-the-Hash, ACL/AD
Permissions və Privilege Escalation kimi hücum ssenarilərini yoxlamaq;
Windows və Linux sistemlərində "privilege escalation" imkanlarını
araşdırmaq;
Təhlükəsiz proqram təminatının inkişafı (SSDLC) tələblərinə
uyğunluğu təmin etmək;
SAST, SCA və DAST skan nəticələrini təhlil
etmək;
NIST və şirkətdaxili informasiya təhlükəsizliyi qaydalarının
tətbiqi proqram sahəsində tətbiqinə nəzarət etmək;
Tətbiqi proqram
təminatı üzrə şirkətdaxili təlimlər keçirmək.
Bilik və Bacarıqlar
OWASP mobil və veb metodologiyaları, eləcə də təhlükəsiz kodlaşdırma prinsipləri
üzrə dərin biliklər;
SAST, DAST, SCA kimi təhlükəsizlik alətlərindən
istifadə bacarığı;
Əməliyyat sistemləri (Windows, Linux), API və şəbəkə
infrastrukturu təhlükəsizliyi üzrə biliklər;
Docker, Kubernetes və bulud
platformaları (AWS, Azure, GCP) ilə praktiki iş təcrübəsi;
DevSecOps
yanaşması, SSDLC və CI/CD prosesləri üzrə biliklər;
Skript dilləri
(məsələn, Bash, Python) ilə işləmə bacarığı;
Mikroservis arxitekturası
prinsiplərini anlamaq;
Analitik düşüncə, problem həll etmə və detallara
diqqət yetirmə kimi yüksək fərdi keyfiyyətlər;
Komandada işləmə və
effektiv ünsiyyət qurma bacarığı;
Dil bilikləri: Azərbaycan, İngilis,
Rus.
Təhsil və Təcrübə
İnformasiya Sistemləri və ya əlaqəli sahə üzrə ali təhsil;
Tətbiqi proqram təminatı təhlükəsizliyi və infrastruktur üzrə nüfuzetmə testləri sahəsində ən
azı 1-2 il iş təcrübəsi;
Kibertəhlükəsizlik sahəsində beynəlxalq
sertifikatların (məsələn, eCPPTv2, eMAPT, eWPT, CEH, OSCP) olması üstünlükdür.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin
uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma
imkanı.
Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam
etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza
investisiya qoyulan iş mühiti.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of
Lead Application Security Specialist and become a member of our professional team.
This position encompasses a wide range of responsibilities, from analyzing the security
architecture of applications to conducting comprehensive penetration tests across web, mobile, and infrastructure
systems. As a Lead Specialist, you will play a crucial role in ensuring Secure Software Development Lifecycle
(SSDLC) processes, identifying and remediating vulnerabilities like the OWASP Top 10, analyzing SAST/DAST/SCA
results, and developing strategic processes to mitigate the company's information security risks. Your work will be
directly aimed at protecting the company's digital assets and ensuring compliance with security
standards.
Responsibilities
Participate in analyzing the architecture of software from an information security
perspective;
Participate in developing information security processes
aimed at mitigating application security risks;
Conduct penetration tests
on web, mobile applications, and infrastructure systems;
Identify OWASP
Top 10 vulnerabilities in web applications and verify exploitability;
Perform security testing of Android/iOS mobile applications;
Conduct security checks of APIs and test authentication/authorization
mechanisms;
Assess vulnerabilities in network infrastructure, servers,
and other IT systems;
Test attack scenarios such as Kerberoasting, AS-REP
Roasting, Pass-the-Hash, ACL/AD Permissions, and Privilege Escalation;
Investigate privilege escalation opportunities in Windows and Linux
systems;
Ensure compliance with Secure Software Development Lifecycle
(SSDLC) requirements;
Analyze the results of SAST, SCA, and DAST
scans;
Oversee the implementation of NIST and internal information
security policies within the application domain;
Conduct internal
training on application security.
Knowledge and Skills
In-depth knowledge of OWASP mobile and web methodologies, as well as secure coding
principles;
Proficiency in using security tools such as SAST, DAST, and
SCA;
Knowledge of operating system (Windows, Linux), API, and network
infrastructure security;
Practical experience with Docker, Kubernetes,
and cloud platforms (AWS, Azure, GCP);
Knowledge of the DevSecOps
approach, SSDLC, and CI/CD processes;
Ability to work with scripting
languages (e.g., Bash, Python);
Understanding of microservice
architecture principles;
Strong personal qualities such as analytical
thinking, problem-solving, and attention to detail;
Ability to work in a
team and communicate effectively;
Language skills: Azerbaijani, English,
Russian.
Education and Experience
Higher education in Information Systems or a related field;
At least 1-2 years of work experience in application security and infrastructure penetration
testing;
Possession of international cybersecurity certifications (e.g.,
eCPPTv2, eMAPT, eWPT, CEH, OSCP) is an advantage.
What We Offer
Meaningful Work
Opportunity to contribute to the Company’s success by participating in
decision-making processes and driving positive change.
A Team That Grows Together
Opportunity to work in a professional, supportive, and collaborative team
environment.
Continuous Development Opportunities
Access to a wide range of learning and development opportunities to enhance your
knowledge, skills, and professional experience.
A Trust-Based Work Environment
A workplace where your ideas are valued, your initiatives are encouraged, and your
professional growth is supported.
Only candidates who meet the initial selection criteria will be
contacted.
Interested candidates can apply by clicking the link
provided in the"Apply"button.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
