Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Çörək və un məmulatları
kateqoriyasındakı (çörək, baton, lavaş, bulka, kruassan, piroq, keks, peçenye, suxari və digər un məmulatları)
məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin
istehsal prosesinə peşəkar nəzarət etmək.
Reseptura və Xammal
daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini
mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (nəmlik, turşuluq, xəmirin
qalxması, çörəyin həcmi, məsaməlilik, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.
Xammal auditi: Buğda unu, maya, duz, şəkər, yağlar, süd məhsulları, yumurta
məhsulları, yaxşılaşdırıcılar, fermentlər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı
ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Çörək və un məmulatları kateqoriyası üzrə
satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin
etmək.
Müqavilə və Qiymət danışıqları: İstehsalçı
fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal
kommersiya şərtləri ilə bağlamaq.
Maya dəyərinin (Cost) idarə
edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, əmək, logistika və digər istehsal xərclərini təhlil edərək
əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Namizədə olan tələblər:
Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Çörək və un
məmulatlarının texnologiyası, Taxıl və taxıl məhsullarının texnologiyası və ya müvafiq texniki
sahə.
Təcrübə:
Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi üzrə(Çörək, un məmulatları, un və
ya qənnadı məhsulları sektorunda texnoloq/istehsalat/keyfiyyət istiqamətində) minimum 5 il, 2 il
rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
Sektor və bazar
biliyi: Çörək və un məmulatları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və
qiymət formalaşmasına təsir edən amilləri bilmək.
Xammal üzrə
bilik: Buğda unu, maya, duz, şəkər, bitki və heyvan mənşəli yağlar, süd məhsulları, yumurta məhsulları,
gluten, fermentlər, yaxşılaşdırıcılar və digər xammalların xüsusiyyətlərini bilmək.
Texnoloji proses: Xammalın qəbulu və hazırlanması, dozalanma, xəmirin
hazırlanması və yoğrulması, fermentasiya, formalaşdırma, mayalandırma, bişirmə, soyutma, dilimləmə və qablaşdırma
proseslərini bilmək.
Keyfiyyət və qida təhlükəsizliyi:
Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, allergenlərin idarə edilməsi, çörək
xəstəlikləri, kiflənmə, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə
bilik.
Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı
və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq
bacarığı.
Dil bilikləri: Azərbaycan dili – mükəmməl,
İngilis və ya Rus dili – mütləq.
Şəxsi
Keyfiyyətlər:Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və
qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera yüksəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
