Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunu beynəlxalq standartlara və yerli qanunvericiliyə (Azərbaycan
Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və s.) uyğun olaraq tam və düzgün əks
etdirilməsi;
Bank və Xəzinədarlığın informasiya İdarəetmə
Portalında əməliyyatların həyata keçirilməsi, hesab-fakturaların, elektron qaimə-fakturaların, tərtib və təqdim
olunması;
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər
ödənişlərin hesablanması, müvafiq vergi və sosial sığorta ayırmalarının düzgün hesablanması və vaxtında
ödənilməsinin təmin edilməsi;
Vergi, statistika və DSMF hesabatlarının
qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanıb aidiyyəti qurumlara təqdim olunması;
Təchizatçılar və podratçılarla üzləşmə aktlarının aparılması, debitor və kreditor borclarına
nəzarət edilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması,
inventarizasiya prosesində iştirak edilməsi və nəticələrin müvafiq sənədlərlə
rəsmiləşdirilməsi;
Maliyyə-təsərrüfat fəaliyyətinin uçot sənədləri
əsasında təhlil edilməsi və rəhbərliyə müvafiq hesabatların verilməsi;
Daxili intizama, mühasibat uçotu qaydalarına və sənəd dövriyyəsinin qaydalarına ciddi şəkildə
riayət olunması.
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat sahəsində ali
təhsil;
Müvafiq sahə üzrə ən azı 3–5 il iş təcrübəsi (tikinti və ya
büdcə təşkilatlarında təcrübə üstünlükdür);
Azərbaycan
Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu standartlarını dərindən
bilməli;
MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək
bacarığı;
Vergi, Statistika və Xəzinədarlığın informasiya İdarəetmə
portalları ilə işləmə təcrübəsi;
Yüksək məsuliyyət, analitik
düşüncə, dəqiqlik, rəqəmlərlə işləmək bacarığı və peşəkar sənəd intizamı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək
imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Mühasib” yazmaqla göndərə
bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
