Vakansiya haqqında
İş haqqında məlumat:
Struktur bölmə: İdman şöbəsi/Satış və müştəri xidmətləri
bölməsi
İş yeri – Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes
və SPA
Ünvan – Bayıl qəsəsbəsi, Qurban Abbasov küçəsi
5
İş rejimi: 5 gün, Dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü
ilə)
Əmək haqqı: 600 AZN (net)
Könüllü tibbi sığorta (sınaq müddətindən sonra)
Namizədlər üçün tələblər:
Ali təhsil;
Azərbaycan və rus dillərində
sərbəst, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı;
MS Office
proqramlarında işləmək bacarığı;
1C proqramı üzrə biliklərin
olması;
Yüksək ünsiyyət və müştəri xidməti
bacarıqları;
Gülərüz, məsuliyyətli və komandada işləmək
bacarığı;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Vəzifə öhdəlikləri:
İdman mərkəzinə gələn üzvlərin və qonaqların qarşılanması və qeydiyyatının
aparılması;
İdman mərkəzinin xidmətləri, üzvlük paketləri və fəaliyyət
qaydaları haqqında məlumatın təqdim edilməsi;
Potensial müştərilərin
müraciətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Daxil
olan telefon zənglərinin və sorğuların cavablandırılması;
Üzvlük
məlumatlarının müvafiq qeydiyyat sistemində düzgün və vaxtında yenilənməsi;
Mərkəzin xidmətləri və məşq proqramları haqqında üzvlərin
məlumatlandırılması;
Müştəri müraciətlərinin və şikayətlərinin qəbul
edilərək müvafiq şəxslərə yönləndirilməsi;
Qeydiyyat zonasının səliqəli
və təqdimata uyğun vəziyyətdə saxlanılması;
Şirkətin daxili qaydalarına
və xidmət standartlarına riayət edilməsi;
Birbaşa rəhbərin vəzifəyə uyğun
digər tapşırıqlarının yerinə yetirilməsi.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə
CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.*
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
