Vakansiya haqqında
Azmade Group MMC komandasına "Planlama və Anbar Şöbə
Müdiri" üçün namizəd axdarışındadır!
Əsas vəzifə funksiyalari:
Metal konstruksiya layihələri üzrə istehsalat planlarının və iş qrafiklərinin
hazırlanması
Sifarişlərin istehsal mərhələləri üzrə planlaşdırılması və
prioritetlərin müəyyən edilməsi;
Çertyojlar və BOM/material
spesifikasiyaları əsasında istehsal ehtiyaclarının müəyyənləşdirilməsi;
Xammal, material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın
planlaşdırılması;
Kəsim, deşik açma, yığma, qaynaq, təmizləmə, rəngləmə
və komplektləşdirmə proseslərinin ardıcıllığının planlaşdırılması;
İstehsalat sahələrinin və avadanlıqların yüklənməsinin
optimallaşdırılması;
Gündəlik, həftəlik və aylıq istehsalat planlarının
hazırlanması və icrasına nəzarət;
Faktiki istehsal göstəricilərinin
planla müqayisəsi və plan-fakt analizinin aparılması;
İstehsalatda
yaranan gecikmələrin və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin
hazırlanması;
Material çatışmazlığı, avadanlıq yüklənməsi və digər
istehsalat risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;
İstehsalat, LİO,
Təchizat, Planlama, Keyfiyyətə Nəzarət şöbələri ilə koordinasiyanın təmin edilməsi;
Sifarişlərin vaxtında və müəyyən edilmiş istehsal qrafikinə uyğun icrasının
izlənilməsi;
İstehsalat göstəriciləri üzrə hesabatların, analizlərin və
rəhbərlik üçün təqdimatların hazırlanması;
İstehsalat gücünün,
məhsuldarlığın və resurslardan istifadənin təhlili;
İstehsalat
planlarının dəyişən sifariş və layihə tələblərinə uyğun operativ şəkildə yenilənməsi;
İstehsalat proseslərinin səmərəliliyinin artırılması və optimal planlama həllərinin təklif
edilməsi.
Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və
nəzarətini həyata keçirilməsi;
Anbar işçilərinin fəaliyyətini effektiv
şəkildə yönləndirmək və idarə edilməsi; Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra
edilməsi;
Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər
hazırlamaq və rəhbərliyə təqdim edilməsi;
Anbar sahələrindən səmərəli
istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu,
yerləşdirilməsi və buraxılması işlərini idarə edilməsi;
Gündəlik,
həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasının təmin
edilməsi;
Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların proqram
təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.
Namizədə tələblər:
Metal konstruksiyaların istehsal texnologiyası və istehsalat prosesləri üzrə
biliklər;
Metal konstruksiya çertyojlarının, spesifikasiyaların və
BOM-ların oxunması və təhlili;
İstehsalatın planlaşdırılması, istehsal
gücünün hesablanması və resursların optimal bölüşdürülməsi bacarığı;
Kəsim, qazma, yığma, qaynaq, rəngləmə və digər istehsal mərhələlərinin iş ardıcıllığını və
texnoloji tələblərini bilməsi;
Plan-fakt analizi, istehsalat
göstəricilərinin təhlili və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
Material və xammal tələbatının hesablanması və planlaşdırılması bacarığı;
İstehsalat qrafiklərinin hazırlanması və icrasına nəzarət;
MS Excel proqramında yüksək səviyyədə işləmək
ERP/MRP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
AutoCAD və ya analoji proqramlarda çertyojları oxuma bacarığı;
MS Project və ya digər istehsalat planlama proqramları üzrə biliklər
üstünlükdür;
Anbar əməliyyatlarını dərindən bilmək;
Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
Eyni
vaxtda bir neçə sifariş və layihə üzrə işləmək bacarığı;
Problemləri
operativ müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
Detallara diqqət və yüksək məsuliyyətlilik;
Komanda
ilə işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
İş şəraiti:
Şirkət: ZTP ASC
İş yeri:
Şəmkir
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 08:00 – 17:00
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
