Vakansiya haqqında
Vəzifənin məqsədi
Audit Mütəxəssisi şirkətin müxtəlif biznes prosesləri üzrə daxili audit
fəaliyyətlərinin həyata keçirilməsində iştirak edəcək, maliyyə və əməliyyat məlumatlarını təhlil edəcək, riskləri və
daxili nəzarət boşluqlarını müəyyənləşdirəcək və audit nəticələrinin sənədləşdirilməsinə dəstək
göstərəcək.
Əsas vəzifə öhdəlikləri
Şirkətin müxtəlif biznes prosesləri üzrə auditlərin planlaşdırılması və həyata
keçirilməsində iştirak etmək;
Təsdiq edilmiş audit proqramına uyğun
olaraq audit prosedurlarını icra etmək;
Audit sübutlarını toplamaq,
təhlil etmək və müvafiq qaydada sənədləşdirmək;
Maliyyə və əməliyyat
məlumatlarını təhlil etmək və əsaslandırılmış nəticələr hazırlamaq;
Riskləri, daxili nəzarət çatışmazlıqlarını və müəyyən edilmiş uyğunsuzluqları aşkar etmək və
qiymətləndirmək;
Audit nəticələri (findings) və müvafiq tövsiyələrin
hazırlanmasında iştirak etmək;
Audit hesabatlarının hazırlanmasına dəstək
göstərmək;
Razılaşdırılmış audit tövsiyələrinin icra vəziyyətini izləmək
və nəticələri sənədləşdirmək;
Audit komanda rəhbərinin tapşırıq və
göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Audit prosesində
müəyyən edilmiş məsələlərlə bağlı zəruri məlumatların toplanması və təhlilini həyata keçirmək.
Namizədə tələblər
Maliyyə, Mühasibat uçotu, Audit, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə ali
təhsil;
Audit sahəsində1–3 il
iş təcrübəsi;
Daxili nəzarət
və risklərin qiymətləndirilməsi üzrə əsas biliklər;
Maliyyə və əməliyyat
məlumatlarının təhlili bacarığı;
MS Excelproqramında yaxşı səviyyədə işləmək bacarığı;
Audit
işçi sənədlərinin və hesabatlarının hazırlanması üzrə bacarıqlar;
ACCA, CIAvə ya digər peşəkar
sertifikatların mövcudluğu üstünlükdür. Müvafiq sertifikasiya proqramları üzrə təhsil alan namizədlərə də üstünlük
verilə bilər;
Azərbaycan dili ilə yanaşıİngilis və Rus dillərində işgüzar ünsiyyət və yazılı kommunikasiya
bacarığı;
Güclü analitik
düşüncə və problem həll etmə bacarığı;
Detallara yüksək
diqqət;
Komandada effektiv işləmək bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Əgər audit sahəsində peşəkar inkişafınızı davam etdirmək, müxtəlif biznes prosesləri üzrə
praktiki təcrübə qazanmaq və peşəkar audit komandasında çalışmaq istəyirsinizsə,Gilan Holdingkomandasında sizi görməkdən
məmnun olarıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
