Vakansiya haqqında
“Royale Sea Breeze Operation” MMC peşəkar Rəngsaz – Mebel
boyaçısı axtarır!
Vəzifə öhdəlikləri:
Mebel və taxta səthlərin boyanması və laklanması;
Boyama öncəsi səthlərin hazırlanması (zımparalama, astarlama,
şpaklyovka);
MDF, DSP və təbii ağac materialları ilə
işləmək;
Boya və lak materiallarının düzgün seçilməsi və
tətbiqi;
Boyama işlərinin keyfiyyətlə və vaxtında yerinə
yetirilməsi;
İş avadanlıqlarının saz vəziyyətdə saxlanılması və
təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər:
Mebel boyama sahəsində minimum 2 il iş təcrübəsi;
MDF və taxta səthlərin boyanması üzrə praktiki biliklər;
Boya püskürtmə avadanlıqları ilə işləmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Sea Breeze, Nardaran qəsəbəsi;
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı:
Müsahibə əsasında müəyyən ediləcək;
Yemək və nəqliyyat şirkət tərəfindən
təmin olunur;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi
əmək müqaviləsi.
Maraqlanan namizədlər CV-lərini və ya iş təcrübələri haqqında məlumatı 0992053264
/ Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı “Mebel boyaçısı” vakansiyasını qeyd etməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
