Vakansiya haqqında
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Könüllü tibbi sığorta (ailə paketi);
Peşəkar
komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris
proqramları.
İşin təsnifatı:
Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI
matrisləri hazırlamaq prosesində iştirak etmək;
Biznes prosesləri, daxili
normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq;
Daxili normativ sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və
ləğvi mərhələlərinin koordinasiyasını aparmaq;
Biznes proseslərinin
idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların
izlənilməsini təmin etmək;
Struktur bölmənin fəaliyyəti üzrə sənəd və
məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti
üzrə yönləndirmək;
Proqram təminatlarından istifadə etməklə vizual
materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq.
Tələblər:
Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas
üzrə ali təhsil;
Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya
digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
Canva, Microsoft Word, Excel,
PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı;
Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması
üstünlükdür.
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri:
Bakı şəhəri
CV-lərinizi “Biznes proseslərinin idarəedilməsi üzrə admin” başlığı
altındaMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
