Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Şirniyyat ədədli
kateqoriyasındakı (konfetlər, karamel, draje, marmelad, sufle, jele, pryanik, peçenye, vafli, keks, rulet və digər
ədədli şirniyyat məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən
bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi
materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun
keyfiyyətinin standartlara uyğunluğunu (rütubət, Brix, pH, yağlılıq, tekstura, konsistensiya, dad, qoxu və s.)
texnoloji cəhətdən yoxlamaq.
Xammal auditi: Şəkər, un,
kakao, şokolad və kakao məhsulları, bitki yağları, süd məhsulları, yumurta məhsulları, qlükoza/invert şərbəti,
jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək,
istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını
almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Şirniyyat ədədli kateqoriyası üzrə satınalma
strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin
etmək.
Müqavilə və Qiymət danışıqları: İstehsalçı
fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal
kommersiya şərtləri ilə bağlamaq.
Maya dəyərinin (Cost) idarə
edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək
əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Namizədə olan tələblər:
Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Şirniyyat və
qənnadı məmulatlarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə.
Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi
üzrə(Şirniyyat, qənnadı məmulatları, unlu məmulatlar və ya FMCG sektorunda texnoloq/istehsalat/keyfiyyət
istiqamətində ) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
Sektor və bazar biliyi: Şirniyyat və qənnadı məhsulları bazarını, əsas
istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri
bilmək.
Xammal üzrə bilik: Şəkər, un, kakao və kakao
məhsulları, şokolad, bitki yağları, süd məhsulları, yumurta məhsulları, şərbətlər, jelatin, pektin, aromatizatorlar,
rəngvericilər və digər şirniyyat xammallarının xüsusiyyətlərini bilmək.
Texnoloji proses: Xammalın hazırlanması və dozalanması, qarışdırma, yoğurma,
bişirmə, formalaşdırma, bişirilmə, soyutma, krem və içlik hazırlanması, şokoladlama/qlazurlama, dekorasiya və
qablaşdırma proseslərini bilmək.
Keyfiyyət və qida
təhlükəsizliyi: Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena,
allergenlərin idarə edilməsi, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə
bilik.
Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı
və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq
bacarığı.
Dil bilikləri: Azərbaycan dili – mükəmməl,
İngilis və ya Rus dili – mütləq.
Şəxsi
Keyfiyyətlər:Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və
qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera yüksəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
