Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Alliance Clinic

SMM \ Mobiloqraf

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Vəzifə haqqında Alliance Clinic sosial media səhifələri üçün mobil telefonla keyfiyyətli video çəkən, montaj edən və yaradıcı kontent hazırlayan mobiloqraf axtarır. Vəzifə öhdəlikləri: Həkim təqdimatları, müsahibələr, xidmət və klinikanın gündəlik fəaliyyəti haqqında videolar çəkmək; Instagram Reels, TikTok və Story formatlarına uyğun kontent hazırlamaq; Çəkiliş ideyaları və qısa ssenarilər hazırlamaq, çəkilişləri SMM məsulu ilə planlaşdırmaq; Videoları montaj etmək, subtitr, musiqi və uyğun vizual keçidlər əlavə etmək; Mobil çəkiliş zamanı işıq, səs və kompozisiyanı düzgün qurmaq; Hazır materialları vaxtında təhvil vermək və çəkiliş arxivini səliqəli saxlamaq; Pasiyent çəkilişlərində razılıq və məxfilik qaydalarına riayət etmək. Namizədə tələblər: Mobiloqrafiya və ya video çəkilişi sahəsində minimum 3 il iş təcrübəsi; Mobil telefonla peşəkar çəkiliş və montaj bacarığı; CapCut, VN və ya digər uyğun montaj proqramları ilə sərbəst işləmək; Sosial media formatlarını və aktual video trendlərini tanımaq; Azərbaycan dilində düzgün subtitr hazırlamaq bacarığı; Yaradıcılıq, məsuliyyət, operativlik və komanda ilə işləmək bacarığı; Tibbi mövzuda kontent hazırlamış və rus dili bilən namizədlərə üstünlük verilir. CV-nizi və çəkdiyiniz videolardan nümunələri 050 400 07 88 nömrəsinə WhatsApp vasitəsilə “Assist Group — Mobiloqraf” qeydi ilə göndərin. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.