Vakansiya haqqında
Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Layihə rəhbəri”
axtarışındadır.
Tələblər:
Təhsil: Ali
təhsil
İş təcrübəsi:
inşaat, tikinti-quraşdırma sahələrində 2-3 il iş təcrübəsi
Dinamik, korporativ iş mühitini bilən, komanda ilə
işləməyi bacaran
MS Office
proqramlarını yaxşı səviyyədə bilməli,
PMD sənədləşməsində təcrübəli
AutoCAD proqramını yüksək səviyyədə
bilmək,
Dəqiqlik və
operativlik
Tikinti işləri
və avadanlıqların fəaliyyətlərinin planlaşdırılmasını bacarmaq
İş
öhdəlikləri:
Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik
daşıması;
Tikinti proseslərinin idarə edilməsinin təşkil
olunması;
Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin
alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən
edilməsi;
Tikinti layihəsinin təchizat qrafikinin təşkil
edilməsi;
Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin
optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və müəssisə daxili əmək qüvvəsinin
işlərinin koordinasiyasının təşkil olunması;
Təqdim olunmuş layihə-smeta
sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin
hazırlanması;
Sifarişçi və layihə təşkilatları arasında koordinasiya
funksiyalarının icra olunması;
Sahədə yerinə yetirilmiş tikinti işlərinin
Forma-2 sənədlərinin təsdiq olunması;
Layihə üçün aylıq Forma-2
sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların
təsdiq olunması və baş ofisə təqdim edilməsi;
Xarici və ya yerli
sifarişçi ilə keçirilən toplantılarda Müəssisənin təmsil olunması;
Layihə
üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail
olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
Lahiyə
çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə
edilməsinə nəzarət;
İş şəraiti
İş qrafiki: 6 günlük iş
rejimi
Həftə içi iş
saatları: 09:00-18:00
Şənbə günü: 09:00-15:00
12:00-13:00 nahar fasiləsi
Nahar yeməyi və korporativ nömrə şirkət tərəfindən
qarşılanır.
İş yeri:
Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini
başlığa “Layihə rəhbəri” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
