Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Yol tikintisi layihələrinin texniki cəhətdən təhlili və layihə sənədlərinin
yoxlanılması;
Yol həndəsəsi, yol profilləri, en kəsiklər və yol örtüyü
konstruksiyalarının qiymətləndirilməsi;
Torpaq işləri, yol əsasının və
asfalt-beton örtüyünün tikintisinə texniki nəzarət;
Tikinti işlərinin
layihə cizgilərinə, texniki şərtlərə və qüvvədə olan standartlara uyğunluğunun yoxlanılması;
İcra olunmuş işlərin həcmlərinin hesablanması və müvafiq texniki hesabatların
hazırlanması;
Mühəndislik sənədlərinin, işçi çertyojların və icra
sənədlərinin hazırlanması və yoxlanılması;
Layihəçi, podratçı və texniki
nəzarət qrupu ilə koordinasiyanın təmin edilməsi;
Yol tikintisi
layihələri üzrə mühəndislik sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
Texniki sənədlərin, hesabatların və layihə sənədlərinin tərtib edilməsi;
Layihə sənədlərinin müvafiq texniki norma və standartlara uyğunluğunun təmin
edilməsi;
Texniki yazışmaların və sənədləşmənin ingilis dilində
aparılması;
Layihə komandası və digər aidiyyəti tərəflərlə
koordinasiyanın təmin edilməsi;
İş qrafiki və qeydlər:
5 günlük iş qrafiki
İş yerinin ünvanı:
Baş ofisAzur plaza (8 Noyabr prospekti)
Əmək haqqı: 1000-1500 AZN
Tələblər:
Təhsil: Yol mühəndisi (Yol və ya mülki tikinti) ixtisası üzrə ali
təhsil
Yol mühəndisi sahəsində azı 2 il iş
təcrübəsi
Cinsi: Qadın
İngilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək
qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş
CV-lərini mövzu (subject) hissəsinə “Yol mühəndisi” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
