Vakansiya haqqında
“Absheron Hospitality Group” MMC “Obyektlərin istismarı və texniki xidməti üzrə
menecer” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
Müəssisənin balansında olan bina, tikili, inzibati və digər təyinatlı obyektlərin
texniki istismarını təşkil etmək və onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Obyektlərin elektrik təchizatı, su təchizatı və kanalizasiya, istilik, havalandırma,
kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis-kommunikasiya sistemlərinin istismarına nəzarət
etmək;
Obyektlərin və texniki avadanlıqların vəziyyətini mütəmadi
yoxlamaq, texniki baxışların keçirilməsini təşkil etmək, aşkar edilmiş nasazlıqların vaxtında aradan qaldırılması
üçün müvafiq tədbirlər görmək;
Binaların, tikililərin, mühəndis
sistemlərinin və avadanlıqların profilaktik, planlı və cari təmir işlərinin qrafiklərini hazırlamaq, icrasını təşkil
etmək və nəticələrinə nəzarət etmək;
Obyektlərdə texniki xidmət və təmir
işlərinin görülməsi üçün tələb olunan texniki sənədlərin, istismar təlimatlarının, baxış aktlarının, nasazlıq
qeydlərinin və digər müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
Obyektlərin gündəlik istismarı ilə əlaqədar digər struktur bölmələrdən daxil olan
müraciətlərin və texniki problemlərin qeydiyyatını, prioritetləşdirilməsini və vaxtında həllini təşkil
etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətini təşkil etmək, onların
iş bölgüsünü aparmaq, işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək və işçilərin peşəkar inkişaflarına
dəstək göstərmək;
Obyektlərin istismarı ilə bağlı riskləri müəyyən etmək,
mümkün qəza və fəaliyyət fasilələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və fövqəladə hallara
hazırlıq tədbirlərinin təşkilində iştirak etmək;
Obyektlərin istismarı və
texniki xidməti ilə bağlı rəhbərlik tərəfindən verilən, vəzifənin məqsəd və funksiyalarına uyğun olan digər
tapşırıqları yerinə yetirmək
Vəzifə üzrə əsas tələblər
Müvafiq sahədə 5 il iş təcrübəsinin olması;
Bina və tikililərin texniki istismarı, saxlanılması və təmiri üzrə prinsip və qaydaları
bilmək;
Texniki xidmət və təmir büdcəsinin hazırlanması, xərclərin
planlaşdırılması və optimallaşdırılması üzrə prinsipləri bilmək;
Ehtiyat
hissələrinin, texniki avadanlıqların və istismar materiallarının satın alınması, saxlanılması və istifadəsinin idarə
edilməsi prinsiplərini bilmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi,
texniki təhlükəsizlik və sanitariya-gigiyena üzrə müvafiq normativ tələbləri bilmək;
Effektiv idarəetmə və qərar qəbul etmə bacarığının olması;
Analitik düşünmə və məlumatların təhlili bacarığının olması;
Komanda idarəetməsi və liderlik bacarıqlarının olması;
Problemlərin həlli və böhran vəziyyətlərinin idarə edilməsi bacarığının
olması;
Vaxtın və resursların səmərəli idarə olunması bacarığının
olması;
Rus və ya İngilis dili biliklərinin olması;
Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığı;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
