Vakansiya haqqında
Titan Group komandası sosial media idarəçiliyi və foto-video kontent hazırlanması
sahəsində çalışmaq istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri işə dəvət edir. Namizəd şirkətin
sosial media hesablarının idarə olunması, foto-video çəkilişlərin təşkili və kontentlərin hazırlanması prosesində
SMM menecerinə dəstək göstərəcək. İş prosesi zamanı sosial media platformaları üçün kreativ və keyfiyyətli
kontentlərin hazırlanmasında iştirak edəcək.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin sosial media hesabları üçün gündəlik kontentlərin hazırlanmasına dəstək
göstərmək;
Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət
çəkilişlərində iştirak etmək;
Foto və video çəkilişlərinin təşkilində və
həyata keçirilməsində iştirak etmək;
Instagram Reels, TikTok və digər
sosial media platformaları üçün video kontentlər hazırlamaq;
Çəkilmiş
foto və videoların ilkin montajını və redaktəsini həyata keçirmək;
Sosial
media üçün kreativ kontent ideyaları təklif etmək;
Sosial media
trendlərini izləmək və uyğun formatları tətbiq etmək;
Kontent planının
hazırlanması və icrasında SMM menecerinə kömək etmək;
Sosial media
paylaşımlarının hazırlanması və vaxtında yerləşdirilməsində iştirak etmək;
Kontentlərin vizual keyfiyyətinə və ümumi estetik görünüşünə diqqət
yetirmək.
Namizədə dair tələblər:
SMM və foto-video kontent sahəsinə maraq;
Foto və video çəkilişlərinə həvəs;
Peşəkar kamera
ilə işləmək bacarığı və ya bu sahədə inkişaf etmək istəyi;
CapCut, Adobe
Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;
Instagram və TikTok platformalarını yaxşı tanımaq;
Kreativ düşüncə və estetik baxış;
Məsuliyyətli,
diqqətli və təşəbbüskar olmaq;
Öyrənməyə və yeni biliklər əldə etməyə
həvəsli olmaq;
Komanda ilə işləmək bacarığı.
İş şərtləri:
Əmək haqqı: 450 AZN;
Peşəkar Canon kamera
ilə işləmək və real çəkiliş təcrübəsi əldə etmək imkanı;
SMM və
foto-video kontent sahəsində praktiki bilik və bacarıqların inkişaf etdirilməsi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Nahar:
Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni Suraxanı dairəsi və Binə
qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından
istifadə edilməsi xahiş olunur: “SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi
Assistent”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
