Vakansiya haqqında
İş yeri Göygöl şəhərindədir
Əmək funksiyası:
Elektrik müəssisənin inzibati və istehsalat binalarında, istehsal xətlərində,
elektrik qurğularında, mühərriklərdə, generatorlarda, elektrik paylayıcı sistemlərində və digər elektrik
avadanlıqlarında elektrik enerjisinin fasiləsiz, təhlükəsiz və etibarlı təmin edilməsini, elektrik avadanlıqlarının
texniki saz vəziyyətdə saxlanılmasını, profilaktik baxışını, təmirini və texniki xidmətini həyata
keçirir.
Elektrik aşağıdakı əmək funksiyalarını yerinə yetirir:
Müəssisənin inzibati binasında, istehsalat sahələrində, anbarlarda və digər yardımçı
tikililərdə elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılmasını təmin edir.
İnzibati və istehsalat binalarında elektrik naqillərinin, elektrik xətlərinin, rozetkaların,
açarların, işıqlandırma sistemlərinin, elektrik panellərinin və digər elektrik avadanlıqlarının quraşdırılması,
təmiri və texniki xidmətini həyata keçirir.
İstehsalat sahələrində
quraşdırılmış elektrik avadanlıqlarının, istehsal xətlərinin, elektrik mühərriklərinin, nasosların, kompressorların,
konveyerlərin, doldurma, qablaşdırma, etiketləmə və digər texnoloji qurğuların elektrik hissələrinin işlək
vəziyyətdə saxlanılmasını təmin edir.
Elektrik mühərriklərinin, idarəetmə
panellərinin, avtomatik açarların, kontaktorların, relelərin, tezlik çeviricilərinin və digər elektrik-elektron
komponentlərinin texniki baxışını, diaqnostikasını və təmirini həyata keçirir.
İstehsalat avadanlıqlarında yaranan elektrik nasazlıqlarını müəyyən edir, onların aradan
qaldırılması üçün zəruri tədbirlər görür.
İstehsal prosesinin
fasiləsizliyinin təmin edilməsi məqsədilə elektrik avadanlıqlarının planlı profilaktik baxışını və texniki xidmətini
həyata keçirir.
Müəssisənin elektrik paylayıcı lövhələrinin,
transformator və paylayıcı qurğularının, elektrik təchizatı xətlərinin və müvafiq elektrik sistemlərinin texniki
vəziyyətinə nəzarət edir.
Yüksək gərginlikli elektrik qurğularına,
elektrik paylayıcı sistemlərinə və müvafiq avadanlıqlara texniki xidmət və təmir işlərini yalnız müvafiq ixtisas,
elektrik təhlükəsizliyi üzrə tələb olunan qrup və səlahiyyətlər çərçivəsində həyata keçirir.
Müəssisənin ehtiyat elektrik təchizatı sisteminin, o cümlədən generatorların texniki sazlığını
və işlək vəziyyətdə saxlanılmasını təmin edir.
Generatorların, avtomatik
ehtiyat enerji qoşulma sistemlərinin (ATS), idarəetmə panellərinin, elektrik kabellərinin və digər əlaqəli
avadanlıqların texniki baxışını, profilaktik xidmətini və nasazlıqların aradan qaldırılmasını həyata
keçirir.
Əsas elektrik təchizatı kəsildikdə ehtiyat enerji mənbələrinin
işə hazırlanmasını və müəssisənin elektrik təminatının bərpasını öz səlahiyyətləri daxilində təmin
edir.
Elektrik avadanlıqlarının istismar qaydalarına, texniki
pasportlarına, istehsalçı təlimatlarına və texniki təhlükəsizlik tələblərinə uyğun işlədilməsinə nəzarət
edir.
Elektrik xətlərində, mühərriklərdə, elektrik panellərində və digər
avadanlıqlarda yaranan qızma, qısaqapanma, izolyasiya zədələnməsi və digər təhlükəli nasazlıqları vaxtında müəyyən
edir və aradan qaldırılması üçün tədbirlər görür.
Elektrik enerjisindən
səmərəli istifadə olunmasına, enerji itkilərinin azaldılmasına və elektrik avadanlıqlarının optimal iş rejimində
fəaliyyət göstərməsinə nəzarət edir.
Müəssisənin elektrik təsərrüfatı
üzrə texniki sənədlərinin, elektrik sxemlərinin, avadanlıq pasportlarının və görülmüş təmir işlərinə dair qeydlərin
aparılmasında iştirak edir.
Elektrik avadanlıqlarının təmiri üçün tələb
olunan ehtiyat hissələrinin, elektrik materiallarının, kabellərin, avtomatik açarların, qoruyucu vasitələrin və
digər texniki ləvazimatların tələbatını müəyyən edir və aidiyyəti üzrə sifariş verir.
Elektrik qəzası, elektrik təchizatında fasilə və ya avadanlıqlarda ciddi nasazlıq yarandıqda
dərhal aidiyyəti rəhbərliyə məlumat verir və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak
edir.
Elektrik avadanlıqlarında aparılan təmir və quraşdırma işlərinin
elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına uyğun həyata keçirilməsini təmin
edir.
Elektrik avadanlıqlarının torpaqlama və mühafizə sistemlərinin,
qoruyucu avtomatların və digər elektrik mühafizə vasitələrinin sazlığına nəzarət edir.
Elektrik işləri zamanı fərdi mühafizə vasitələrindən və xüsusi təyinatlı alətlərdən istifadə
edir, onların sazlığını yoxlayır.
İstehsalat sahələrində elektrik
avadanlıqlarının yerləşdiyi ərazilərdə təhlükəsiz istismar şəraitinin qorunmasına və elektrik təhlükəsi yarada
biləcək halların qarşısının alınmasına nəzarət edir.
Elektrik
avadanlıqlarında aparılmış təmir, quraşdırma və profilaktik xidmət işləri barədə müvafiq qeydlər aparır və görülmüş
işlər haqqında birbaşa rəhbərinə məlumat verir.
Müəssisənin istehsalat,
texniki xidmət, mexaniki təmir və digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
Müəssisənin daxili intizam qaydalarına, əməyin mühafizəsi,
texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya normalarına riayət edir.
Birbaşa rəhbəri tərəfindən əmək funksiyasına aid olan qanuni tapşırıqları yerinə
yetirir.
Tələblər:
Elektrik sahəsi üzrə müvafiq təhsil və ya peşə hazırlığı.
Elektrik işləri üzrə minimum 2 il iş təcrübəsi.
Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətinin göstərilməsi
bacarığı.
Elektrik sxemlərini oxumaq və anlamaq
bacarığı.
Elektrik təhlükəsizliyi qaydalarını və texniki normaları
bilmək.
İş zamanı təhlükəsizlik qaydalarına ciddi riayət
etmək.
Komandada işləmək bacarığı.
Məsuliyyətli, diqqətli və intizamlı olmaq.
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin
olunacaqdır
Mövzü yerinə “Elektrik” yazıbMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanlarına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
